BakıKart ın satış qiyməti 50 faiz bahalaşdı
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gündən etibarən "BakıKart” kartlarının satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "BakıKart” rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, "BakıKart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub.
"Bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb”, - deyə məlumatda vurğulanıb.
Əlavə edilib ki, bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.
Qeyd edilib ki, dəyişiklik yalnız yeni əldə edilən "BakıKart” kartlarının satış qiymətinə aiddir. Kart balanslarında da hər hansı dəyişiklik edilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















