Icma.az
close
up
RU
Bakıkart terminalına qəpik daxil etmək olmur ŞİKAYƏT FOTO

Bakıkart terminalına qəpik daxil etmək olmur ŞİKAYƏT FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bakıkart” termianlları ilə bağlı sakinlər narazılıq edir. Sakinlər tərəfindən daxil olmuş şikayəti əks etdirən fotolarda “Bakıkart” terminallarında metal pul daxil edilən hissəsin içəridən bağlanıldığı görünür.

20-ci sahə və “Jurnalistlər binası” kimi adlanan ərazilərdə quraşdırılmış “Bakıkart” terminallarda qəpik daxil olunan hissəsin bağlanılması sakinləri narahat edir. Onlar bildirirlər ki, hər zaman üzərimizdə kağız pul olmur, ona görə də qəpik daxil edib, ictimai nəqliyyatdan istifadə etməliyik. Lakin bu problemə görə bir qədər əziyyət çəkirik. Xüsusən yaşlılar bildirir ki, onlar tətbiqlər vasitəsi ilə onlayn biletalma kimi funksiyalardan aktiv istifadə edə bilmirlər. “Əgər qəpik daxil edə bilərsiniz qeydi varsa, nəyə görə biz edə bilmirik? Aylardır bu vəziyyətdir. Hələ də gəlib təmir edən olmayıb. Çox vaxt mobil internetimiz olmadığı üçün tətbiqlərlə bilet ala bilmirik. Təcili işimiz çıxanda məcburuq ki, kağız pul tapaq”, - deyə sakinlər qeyd edir. 

Bəs görəsən termianllarda metal pul daxil olunan hissə niyə bağlanılıb? Bərpa olunacaqmı? 

Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a məsələni aydınlaşdırmaq üçün “Bakıkart”-a müraciət etdikdə bildirildi ki, metal pul qəbul etməyən bəzi terminallar yalnız texniki nasazlıqlar səbəbindən bu funksiyanı müvəqqəti olaraq dəstəkləmir.

"Mövcud texniki nasazlıq səbəbindən dəmir pul daxil edilən hissə müvəqqəti bağlanılıb. Problem aradan qaldırıldıqdan sonra həmin hissə açılacaq”,-deyə bildirildi. 

Onu da qeyd edək ki, şikayətçilər bildirdiyinə görə, artıq 3 aydan çoxdur ki, termianllarda problem var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 İyul 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri