Icma.az
close
up
RU
Bakılı müğənninin dəhşətli taleyi: bıçaqlama, həbs, intihar…

Bakılı müğənninin dəhşətli taleyi: bıçaqlama, həbs, intihar…

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sovet dövründə Bakı şəhərində bir çox filmlər çəkilib. Mövzuları Amerika ilə bağlı olan filmlərdə çəkiliş üçün əsasən Bakı şəhəri seçilib. Belə filmlərdən biri də dövrün fantastik filmlərindən biri olan “Amfibiya adam”dır.

1961-ci ildə ekranlara çıxan bu film qısa zamanda populyarlıq qazanmış, baş rolun ifaçıları - İxtiandır obrazını oynayan Vladimir Korenev və Guteyyere obrazını oynayan Anastasiya Vertinskaya bütün 15 respublikada tanınmış, sevilmişdir.

Filmin rejissorları Gennadi Kazanski və Vladimir Çebotaryov, operatoru Eduard Rozovski, bəstəkarı isə Andrey Petrovdur.

Filmdə bəstəkar Andrey Petrovun iki gözəl mahnısı ifa edilmişdir: sözləri şair Solomon Fogelsona məxsus “Dəniz şeytanı haqqında mahnı (Hey, dənizçi!)” və Yuli Druninin “Səyahət edən müğənninin mahnısı (Balıqçı gedir)”.

Bəzi saytlar yazır ki, filmdə mahnını Leninqrad Malı Opera Teatrının solisti Artur Poçikovski ifa edib. Lakin burda yanlışlıq var. Mahnını oxuyan bakılı Elman Rəsulzadədir. Onun seçilməsi isə təsadüfü olub. Elmanın səsi rejissorun o qədər xoşuna gəlir ki, filmdə mahnını onun səsləndirməsini istəyir.

Film populyarlıq qazanır, aktyorlar hər yerdə tanınır, hər birinin həyatı uğurlu olur. Lakin mahnını ifa edən Elman Rəsulzadənin taleyi gətirmir.

1960-cı illərin əvvəllərində böyük karyera imkanları qazanan Elman Moskvaya növbəti filmdə mahnı ifa etmək üçün səfərə hazırlaşır. Səfərdən bir gün öncə şəhərdə dostu ilə gəzən Elman axşam evə qayıdan zaman küçədə bir neçə nəfərin gənc bir xanıma zorakılıq etdiyini görür. Yaxınlaşıb onları sakitləşdirmək istəyən zaman söz-söhbət böyüyür və dava edənlərdən birinin söyüşü ona pis təsir edir. Cibində olan bıçağı çıxardıb, onu vurur.

Hadisə yerinə gələn milis işçiləri onu həbs edirlər və məhkəmə bütün özünümüdafiə faktlarına baxmayaraq, gənc müğənnini həbsxanaya göndərir. Uzun müddət həbsdə qalan Elman Rəsulzadə burada ağır xəstəliyə - vərəmə yoluxur. Sağlıq durumu sürətlə pisləşdiyinə və şiddətli ağrılara görə həsbxana müdirinin vəkaləti ilə onu azad edirlər.

Ağır vərəm, ciyərlərin günü-gündən xarab olması, səsin batması onun səhnəyə geri qaytmasına imkan vermirdi. Lakin yaşamaq da lazım idi.

Ailə qurmur, bütün dostları və qohumlarından uzaq bir həyat yaşayır. Tikintilərdə və digər işlərdə fəhlə işləyir. Lakin ağır xəstəlik və iş rejimi onu daha da əldən salır və o, yataq xəstəsi olur. Elə vəziyyətə düşür ki, bir stəkan su içmək üçün ayaq üstə dura bilmir. Hətta yemək və dərman götürmək üçün gücü belə qalmır. İki gün aclıq və susuzluq içərisində yaşamağa məcbur olur.

İçərişəhərdə bir otaqlı mənzildə səsi eşidilməyən, həyatı balaca otaqda ağrılara davam edən Elman çıxış yolu kimi intiharı seçir. Üzərinə kerosin tökərək kibrit vurur və yataqda diri-diri yanır. Alovlar onun bədənini bürüdükcə çəkdiyi ağrılar və əzablara görə səsi də çıxmır.

Qonşular və milis işçiləri gələndə artıq gec idi. Səsi ilə filmdə məşhurlaşan, gələcəyi işıqlı olan bir müğənni alovlar içində yanıb kül olmuşdu. Özü də harda? “Amfibiya adam” filmi çəkilən İçərişəhərdə...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri