Icma.az
close
up
RU
Bakılı müxalifətçi adından Zurabaşviliyə zəng etdilər səs yazısı

Bakılı müxalifətçi adından Zurabaşviliyə zəng etdilər səs yazısı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Məşhur rus prankerləri Gürcüstanın sabiq prezidenti ilə danışdılar-elə həqiqətlər üzə çıxdı ki...
Musavat.com xəbər verir ki, məşhur rus prankerləri Vladimir Kuznetsov və Aleksey Stolyarov (Vovan və Lexus kimi tanınırlar) Gürcüstanda davam edən etirazların arxasında, əslində, kimlərinin dayandığını öyrənmək üçün yeni oyun qurublar. 
Bəllidir ki, rus prankerlər  məşhur insanları təqlid etməklə və onların adından dünyanın müxtəlif ölkələrindən olan  ictimai xadimlərə, baş nazirlərə zəng etməklə məşhurlaşıblar. Bu dəfə onlar ABŞ-da yaşayan bakılı erməni müxalifətçi Harri Kasparovun (Rusiyada o, terrorçular və ekstremistlər siyahısına daxildir)  adından ölkənin beşinci prezidenti Salome Zurabişviliyə zəng ediblər.
Onlar Kasparovun adından  Gürcüstan müxalifətnə maliyyə vəsaiti təklif ediblər. Prankerlər bu dialoqu “Qərbin Gürcüstanın daxili siyasətinə müdaxiləsinin, eləcə də Zurabişvilinin özünün bu proseslərdə iştirakının “ifşası” kimi təqdim ediblər.
 

 “Kasparov” telefonda sabiq prezidentə deyib ki,  guya gürcü müxalifətinə dəstək vermək niyyətindədir və hətta bunu qeyri-legitim hesab edən hakimiyyəti tənqid edənlərə maliyyə ayırmağa hazırdır. Prankerlər  öz Teleqram kanalında efirində sabiq prezidentlə 8 dəqiqəlik danışıqlarının səs yazısını yayıblar. Kasparovun səsi ilə Zurabaşvilidən müxalifətə kömək vəd edilir:
"Biz postsovet məkanında maliyyələşmənin yollarını axtarırıq. ABŞ-dan həqiqətən hansı yardıma ehtiyacınız olduğunu söyləsəniz, kömək etməyə hazırıq".

Zurabişvili  hazırkı etirazlarda ABŞ və Avropa ölkələrinin iştirakını deyir, həmçinin QHT və KİV-lərə maliyyə dəstəyinin perspektivlərini müzakirə etdik. Zurabişvili qeyd edib ki, dəstəyə ən çox ehtiyacı müstəqil media, xüsusilə regional media, həmkarlar ittifaqları və sosial sahədə çalışan qeyri-kommersiya təşkilatları hiss edir.  “Kiçik QHT-ləri əsasən USAİD və ya ayrı-ayrı Avropa fondları tərəfindən maliyyələşdirilirdi və avropalılar kifayət qədər ləngdirlər. 
Onlar sanksiyalar nəticəsində dayandırılmış dövlət proqramlarından vəsait köçürəcəklərini və onları vətəndaş cəmiyyətinə yönləndirəcəklərini söylədilər. Amma bu, hələ baş verməyib, ona görə də kritik məqam gəlib çatıb", - Zurabişvili şikayətlənib.

Söhbət zamanı Zurabişvili cari siyasi hadisələr və bu proseslərdə vətəndaş cəmiyyətinin iştirakı mövzusuna da toxunub. Onun fikrincə, böhranın dərinləşdiyi şəraitdə etiraz hakimiyyətə yeganə təsirli təsir vasitəsi olaraq qalır, çünki onun sözlərinə görə, böhran “o qədər dərindir ki, onu başqa heç bir sabit yolla, ən azı sülh yolu ilə həll etmək mümkün deyil”.

Həmsöhbət qismində çıxış edən pranker Gürcüstandakı böhranın Ukrayna Maydanı ilə analogiya ilə həll oluna biləcəyini təklif edəndə, Zurabişvili bu ehtimalı qətiyyətlə rədd edib. O, bildirib ki, iki ölkəni müqayisə etmək düzgün deyil, çünki Gürcüstanın Ukrayna ilə eyni insan resursları yoxdur ki, bu cür ssenarilərə sərf etsin. “Ukraynanın fərqli dözümlülüyü, fərqli ərazisi və fərqli insan resursları var. Biz artıq bir çox faciəli hadisələri yaşamış kiçik bir ölkəyik” deyib.

 Qeyd edək ki, prankerlər Demokratiyanın Öyrənilməsi İnstitutunun direktoru, keçmiş ombudsman Uça Nanuaşvili ilə də Kasparovun adından danışıblar.  Onlar bu danışığı “tipik qrantyeyənlə söhbət” kimi qiymətləndiriblər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri