Bakılı oğlanlar ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.
160 saylı orta məktəbini bitirən Anar 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.
1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci illərdə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandası turnirinin çempionu (2000) olub.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək çatışmazlığı nəticəsində həyatını itirib.
Onun bir oğlu və iki qızı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















