Icma.az
close
up
RU
Bakını leysana belə HAZIRLAYIRLAR

Bakını leysana belə HAZIRLAYIRLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bir neçə ay əvvəl Moskvada, Nyu-Yorkda və Yaponiyada baş verən güclü leysanlar xeyli fəsadlara yol açdı. İnkişaf etmiş şəhərlərdə belə tabiətın qəfil gücü qarşısında nəqliyyat iflic oldu, yaşayış binaları və infrastruktur ciddi ziyan gördü.

Bu isə göstərdi ki, leysan xarakterli yağıntılar təkcə zəif sistemli şəhərlər üçün deyil, ən müasir paytaxtlar üçün də qaçılmaz təhlükədir. Elə buna görə də Bakı kimi böyük şəhərlərdə də qabaqlayıcı tədbirlər vaxtında və planlı şəkildə həyata keçirilməlidir. Payız-qış aylarının özü ilə gətirdiyi çətinliklərdən biri də leysan xarakterli güclü yağıntılardır. Qeyd edək ki, ötən mövsümdə Baki Şəhər İcra Hakimiyyəti paytaxtda baş verən güclü yağıntılar zamanı aidiyyəti qurumlar arasında operativ koordinasiyanı həyata keçirirdi.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində BŞİH məsələ ilə bağlı aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə müraciət edib və görülən tədbirlərlə bağlı məlumat alıb.

Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat daxil olub.

Qeyd edilir ki, Xidmətin təqdim etdiyi məlumata görə, tabeliyindəki Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür. Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması,yağlanması və tənzimlənməsi davam etdirilir:

“Mövsümlə əlaqədar, yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq. Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələrdə”) briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri də həyata keçirilib: Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb. Qeyd edilib ki, görülən bu işlər qısamüddətli plan çərçivəsindədir. Bundan əlavə Xidmət bu istiqamətdə uzunmüddətli tədbirlər də həyata keçirir.

Bu konteksdə yeni kollektorlarla bağlı görülən işlər də diqqət çəkir. Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır. Onu da nəzərə almaq lazımdır ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq”.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri