Icma.az
close
up
RU
Bakının 149 saylı məktəbi: Damcılayan tavanlar, açıq naqillər, kif basmış divarlar

Bakının 149 saylı məktəbi: Damcılayan tavanlar, açıq naqillər, kif basmış divarlar

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Valideynlər Bakının Xəzər rayonundakı 149 saylı məktəbin tədris ilinə hazır olmamasından şikayətlənirlər.

Oxu.Az-a daxil olan şikayət məktubunda bildirilir ki, yay ərzində heç bir sinif təmir olunmayıb, yağış sinfin tavanından içəri damır.

Bakının 149 saylı məktəbi: "Damcılayan tavanlar, açıq naqillər, kif basmış divarlar"

"Övladımın oxuduğu 55 nömrəli otaq suyun, kifin içindədir. Divardakı naqillər açıq qalıb. Sinif dəyişmək istəyəndə deyirlər, otaq yoxdur. Halbuki məktəbdə boş otaqlar çoxdur. Bəzi siniflərdə isə 42-44 uşaq kiçik otaqlarda beş-altı saat havasızlıq içində oturmağa məcburdurlar. Elə siniflər var ki, bir partada üç şagird oturur. Dərslər başlasa da, hələ də bəzi fənlər üzrə müəllimlər müəyyənləşdirilməyib", - deyə şikayətdə vurğulanır.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirildi ki, 149 nömrəli tam orta ümumtəhsil məktəbində yağışdan sonra yaranan problem aradan qaldırılıb.

"Sinif otağı təmir edilib, ixtisaslı işçilər tərəfindən navalçalar təmizlənib və ehtiyac olan yerlərdə yenisi ilə əvəzlənib. 149 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən 16 müxtəlif fənn üzrə vakansiya təqdim edilib. Müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə 11 vakant yer müəllimlə təmin edilib. Tutulmayan rus bölməsi üzrə vakansiyaların təmin edilməsi üçün müvafiq tədbirlər görülməkdədir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri