Icma.az
close
up
RU
Bakının 2030cu ilə kimi tamamilə elektrobuslara keçidi gözlənilir: Bu nə dərəcədə real görünür?

Bakının 2030cu ilə kimi tamamilə elektrobuslara keçidi gözlənilir: Bu nə dərəcədə real görünür?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub. Bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb. Artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.

Bakının 2030-cu ilə kimi tamamilə elektrikli avtobuslara keçidi təqdirəlayiq addımdır. Bəs bu nə dərəcədə real görünür? Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobusların taleyi necə olacaq?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.

Bu avtobuslar ölkəmizdə istehsal olunacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün görüləcək işlərdən biri də elektrik mühərrikli avtobusların tətbiq edilməsi və əhatə dairəsinin genişləndirilməsidir: "İstər ictimai nəqliyyata çıxış üçün təhlükəsiz piyada və velosiped marşrutlarının təmin edilməsi, istərsə də elektrik mühərrikli avtobuslar üçün enerji doldurma infrastrukturunun və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi prioritetdir. Azərbaycana gətirilən elektrik mühərrikli avtobusların artıq ictimai nəqliyyatda istifadəsinə başlanılıb. Elektrik mühərrikli avtobuslar 1, 5, 14, 21 və 88A nömrəli müntəzəm marşrut avtobuslarının istifadəsinə verilib. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda Çinin "BYD" şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq".

Əksəriyyəti sıradan çıxacaq

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin fikrincə, 2030-cu ilə qədər elektrikli avtobuslara keçid məsələsi realdır: "Çünki avtobuslar bir müddət işlədikdən sonra istismar müddəti başa çatır. İstifadə müddətləri olduqca azdır. 2030-cu ilə qədər hazırda mövcud olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə də hər dəfə elektrikli avtobuslar gətiriləcək. İstismar müddəti bitməmiş olan avtobuslar isə bölgələrə veriləcək".

Ekspert elektrikli avtobusların infrastruktur məsələsinə də toxundu: "Elektrikli avtobuslar üçün əsas yükləmə məntəqələri lazımdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə müəyyən yerlərdə də quraşdırılacağını düşünürəm".

Bu avtobuslardan tamamilə imtina etməməliyik

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə düşünür ki, gələcəkdə baş verə biləcək problemlərin qarşısını az da olsa almaq üçün dizel və qazla işləyən avtobuslardan tamamilə imtina etməməliyik: "Bütün dünyada elektrikli avtobuslara və avtomobillərə keçid həyata keçirilir. Bu keçid bizim ölkəmizə də aiddir. Hazırkı vəziyyət üçün bu, çox yaxşı haldır. Lakin gələcəkdə baş verə biləcək problemləri də nəzərə almalıyıq. Məsələn, hər hansı bir qəza baş verərsə, bir neçə gün elektriksiz də qala bilərik. Elektrik kəsintisi baş verdikdə ictimai nəqliyyat da iflic olar. O səbəbdən, ictimai nəqliyyatda tamamilə elektrikli nəqliyyat vasitələrinə keçid etmək təhlükəlidir. Daxili yanma mühərrikli avtobuslara da müəyyən qədər yer vermək lazımdır. Minimum 30-40 faiz həcmdə ehtiyat nəqliyyatımız daxili yanma mühərrikli olmalıdır ki, hər hansı bir problem baş verərsə, çətinlik yaşamayaq".

"Avtobuslar gecikəcək, intervallar böyüyəcək"

A.Nəbiyevin fikrincə, elektrik mühərrikli avtobuslar normal hava şəraitinə dözümlü olsa da, qış aylarında belə olmayacaq: "Hava soyuduqda avtobuslarda qızdırıcılar fəaliyyət göstərməlidir. Elektrikli avtobusların gün ərzində 350 kilometr hərəkət etdiyini bildirirlər. Lakin bu, normal hava şəraitində belədir. Məsələn, qarlı və şaxtalı havalarda onların bu qədər yol qət etməsi mümkün deyil. Bu zaman onların elektriki daha tez bitəcək. Avtobuslar gecikəcək, intervallar daha da böyüyəcək".

Qaz və dizeldən daha təhlükəlidir?

Ekspert zərərsiz hesab etdiyimiz elektrikli avtobusların əslində böyük risklərinin olduğunu da qeyd etdi: "Elektrikli avtomobillərin və avtobusların faydasından, ekologiya üçün xeyrindən danışırıq. Lakin unutduğumuz bir məsələ onların akkumulyatorlarıdır. Hansı ki, iri mühərrikli maşınlarda, həmçinin avtobuslarda bu, çox böyük həcmdədir. Avtobuslar köhnəldiyi zaman onların akkumulyatorları tamamilə istifadəyə yararsız olacaq. Onun elektrikini neytrallaşdırmaq üçün torpağın çox dərin qatlarına basdırmaq lazımdır. Çünki elektrikli avtobusların utilizasiyası çətindir. Bu akkumulyatorlar çox böyük həcmdə radiasiya yayır. Avtobuslar yeni olduğu zaman bu radiasiya səviyyəsi müəyyən qədər az olur. Lakin avtobus köhnəldikcə, yaydığı təhlükə də xeyli çoxalır. Yəni, elektrikli avtobuslar tam ekoloji təmizdir demək yanlışdır. Nəzərə almalıyıq ki, ətrafımızda yetəri qədər radiasiya mövcuddur. Bu, xüsusilə də Bakı şəhərində digər ərazilərdən qat-qat çoxdur. Hazırda ölkəmizin yollarında iki milyondan artıq nəqliyyat vasitəsi hərəkət edir. Onların yarısının elektrikli olduğunu düşünək. Bu zaman yayılan radiasiyanı təsəvvür etmək belə dəhşətlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Dekabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri