Icma.az
close
up
RU
Bakının bu ərazilərində kütləvi söküntü başlayır Qiymətlər belə olacaq

Bakının bu ərazilərində kütləvi söküntü başlayır Qiymətlər belə olacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bakıda kütləvi söküntülər başlayır. Belə ki, paytaxtın 7 rayonunda – Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib. O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar artıq müəyyənləşdirilib və aktlaşdırılıb.

Bu söküntülər tikinti sektorunda canlanmaya təkan verəcək? Evlərin qiyməti yenidən bahalaşacaqmı?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, “kütləvi söküntü” ifadəsi bəzən düzgün başa düşülmür.

Onun sözlərinə görə, əslində, bu proses Bakının Baş planına, eləcə də 2025-2030-cu illəri əhatə edən dövlət proqramına uyğun şəkildə həyata keçirilən bir layihədir:

“Bu proses mərhələli şəkildə icra olunur. Adıçəkilən rayonlarda və ümumilikdə paytaxtın digər ərazilərində qəzalı vəziyyətdə olan, istismar müddətini başa vuran, Baş plana uyğun olaraq nəzərdə tutulan infrastruktur layihələrinin icrasına maneə yaradan və bütövlükdə şəhərsalma baxımından sökülməsi zəruri hesab edilən tikililərlə bağlı hökumət tərəfindən müvafiq qərarlar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, bazar dəyəri əsasında kompensasiya ödənilməklə bu tikililərin sökülməsi prosesi həyata keçirilir”.

Ramil Osmanlı

Ekspert bildirib ki, bilavasitə dövlət tərəfindən icra olunan layihələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa iştirakı və nəzarəti altında reallaşdırılır:

“Təbii ki, bu layihələrdə mövcud büdcə vəsaitlərindən səmərəli istifadə prioritet məqsədlərdən biridir. Eyni zamanda illik büdcə vəsaitlərinin bölüşdürülməsi məsələsi də aktuallığını qoruyur. Qeyd olunan bütün rayonlarda söküntü işlərini bir il ərzində başa çatdırmaq mümkün deyil. Bu, mövcud imkanlara da adekvat deyil. Ona görə də “kütləvi” adlandırılan söküntülər mərhələli şəkildə həyata keçirilən proqramlar çərçivəsində icra olunacaq”.

R.Osmanlı qeyd edib ki, evlərin qiymətində hələlik ciddi artım gözlənilmir:

“Lakin ipoteka kreditlərinin verilməsinə start verildikdən sonra müəyyən qədər qiymət artımı mümkündür. Ümumilikdə hesab edirəm ki, il ərzində ölkə daxilindən kənar təsirlər baş verməzsə, əvvəlki illərdə olduğu kimi dinamik qiymət artımları müşahidə olunmayacaq. Artımlar olacaq, amma bu, nisbi xarakter daşıyacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri