Bakının bu ərazisində qaz KƏSİLƏCƏK
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakının Suraxanı rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.
Modern.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-da saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.

