Bakının bu küçəsində hər dəqiqə tıxac var; Avtobuslar belə hərəkət edə bilmir VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın bəzi əraziləri var ki, buradakı küçələrdə hərəkətin tənzimlənməsi və yol infrastrukturunda vacib dəyişikliklərin edilməsi mütləqdir.
Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərən vətəndaş bildirir ki, şəhərin Nizami rayonu Bəhruz Nuriyev küçəsi də belə ərazilərdən biridir. Bura 8-ci kilometr bazarının yanında yerləşdiyi üçün vaxtaşırı tıxac yaranır. Küçədən keçən avtobuslar da xidmət göstərməkdə çətinlik çəkir. Bu ərazidə yaşayan sakinlər də dolayı yolla gedəcəkləri ünvana gecikirlər.
Bunun səbəbi kimi vətəndaş Bəhruz Nuriyev küçəsindən Qara Qarayev prospektinə çıxışda işıqforun müddətinin az olmasıdır. Bununla yanaşı avtomobillər üçün yaradılan parklanma yerindən əlavə bir də yolun qarşı tərəfində də maşınların dayanması küçədə hərəkəti məhdudlaşdırır.
Şəhər sakini aidiyyəti qurumlara ərazidə yaranan vəziyyəti müşahidə etmələrini və düzəltmələrini tələb edib.
Səfər
Baxış sayı:29
Bu xəbər 17 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















