Bakının bu rayonunda ƏMƏLİYYAT: sifarişlə narkotik çatdıranlar saxlanıldı VİDEO
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd “Makarov” tapançası və 8 ədəd patron çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















