Bakının daha bir küçəsində boru PARTLADI: İçməli su KÜÇƏYƏ AXDI Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Maştağa qəsəbəsi, Tofiq Kazımov küçəsində boru partlayıb, içməli su əraziyə axır.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidə yaşayan sakinlər bildiriblər ki, problem aylardır həllini tapmır. Həmçinin yaxınlığa tullantıların atılması suyun çirklənməsinə səbəb olur. Bəzi evlərə isə, ümumiyyətlə su gəlmir.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə yoxdur. Boruların köhnə olması problemi daha da artırır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, problemlə bağlı rayon sukanal idarəsi məlumatlandırılıb.
Əraziyə qısa müddətdə baxış keçiriləcək. Vəziyyət qiymətləndiriləcək və bundan sonra istismar qaydalarına uyğun müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, ötən gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsində su borusu partlayıb, içməli su küçəyə axıdılmışdı.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Yanvar 2025 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















