Icma.az
close
up
RU
Bakının diplomatik çevikliyi: Britaniya ilə tərəfdaşlıq regional nüfuzu artırır

Bakının diplomatik çevikliyi: Britaniya ilə tərəfdaşlıq regional nüfuzu artırır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan regionda (Cənubi Qafqaz - red.) Böyük Britaniyanın ən dəyərli tərəfdaşlarından biridir.

Bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays bildirib.

O qeyd edib ki, burada gördükləri onu çox ruhlandırıb: “Əminəm ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı gələcək illərdə də inkişaf edəcək", 

Son günlərdə ölkənin şərqindən - Xəzər dənizi sahilindən qərbdəki Naxçıvana qədər səfər etdiyini xatırladan Lord Con əlavə edib ki, bu müddət ərzində Prezident İlham Əliyev, nazirlik rəhbərləri və hökumət əməkdaşları ilə görüşlər keçirib.

Lord Con Azərbaycanın Böyük Britaniya ilə iqtisadiyyatın bir çox əsas sektorlarında, o cümlədən təmiz enerji, Orta Dəhlizin infrastrukturu, iqtisadiyyatın diversifikasiyası və təhsil sahələrində birgə layihələr üzərində əməkdaşlığın inkişaf etdirilməsini istədiyini vurğulayıb. Ticarət elçisi əlavə edib ki, strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşən bu əməkdaşlıq gələcəkdə daha çox nailiyyətlərə yol açacaq.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyanın Azərbaycanı Cənubi Qafqazda “ən dəyərli tərəfdaşlardan biri” kimi qiymətləndirməsi, ilk növbədə Bakının regional geosiyasi əhəmiyyətinin artdığını göstərir:

“ Lord Con Alderdaysin səfəri zamanı vurğuladığı əməkdaşlıq perspektivləri həm iqtisadi, həm də strateji səviyyədə real dividendlər vəd edir. Azərbaycan ilə Böyük Britaniya arasındakı tərəfdaşlıq enerji, nəqliyyat, logistika, maliyyə və yüksək texnologiyalar sahələrində yeni investisiya imkanları açır. Xüsusilə Avropa və Asiya arasında tranzit mərkəzi olan Azərbaycan üçün Britaniyanın maliyyə və texnoloji resursları iqtisadi layihələrin sürətlə həyata keçirilməsinə, sənaye və infrastrukturun müasirləşdirilməsinə təkan verə bilər. Strateji baxımdan isə bu əməkdaşlıq Azərbaycanın regional nüfuzunu gücləndirir və balanslaşdırılmış çoxvektorlu siyasətini möhkəmləndirir”.

T. İsmayılov qeyd edib ki, Britaniyanın siyasi dəstəyi, xüsusən enerji təhlükəsizliyi və regional layihələrdə iştirak imkanları, Azərbaycanın beynəlxalq platformalarda mövqeyini artırır:

“Eyni zamanda, bu tərəfdaşlıq Bakıya diplomatik çeviklik və Avropa ilə Cənubi Qafqaz arasındakı strateji körpü rolunu möhkəmləndirməyə şərait yaradır. Nəticədə, iqtisadi və geosiyasi sahələrdə əldə ediləcək dividendlər Azərbaycanın dayanıqlı inkişafına və regional liderlik ambisiyalarına töhfə verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see264

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see220

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see211

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see175

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see164

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see155

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see152

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see149

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see148

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see141

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see138

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see136

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see131

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see130

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri