Bakının dünyaya çağırışı böyük rol oynayacaq
Icma.az bildirir, Modern.az portalına istinadən.
Dünyada yaşıllıqlar azaldığı kimi, mənəvi-əxlaqi dəyərlər də azalır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Mehmet Akkan Suver Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Yer kürəsindəki müharibələrin törətdiyi sosial sıxıntılarla yanaşı, iqlim problemləri də əlavə fəlakətin xəbərçisidir:
"Belə bir anda Bakıda keçiriləcək COP29 bu problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına bir fürsət kimi qiymətləndiririk. Azərbaycanın bu təşəbbüsünün həm də xaos və qarşıdurmalardan, müharibələrdən uzaqlaşmağa şərait yaradacağına inanıram. Bakının dünyaya çağırışı beynəlxalq sülhün təmin edilməsində böyük rol oynayacaq. Dini liderlərin Bakıda görüşü bu təşəbbüsə böyük töhfədir".
Baxış sayı:118
Bu xəbər 06 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















