Icma.az
close
up
RU
Bakının düşməni dayandı, gizli qəhrəman ortaya çıxdı: Putin məsələyə necə qarışıb?

Bakının düşməni dayandı, gizli qəhrəman ortaya çıxdı: Putin məsələyə necə qarışıb?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar Fransanın Azərbaycana qarşı ənənəvi düşmən ritorikasının səngiməsi müşahidə edilir. Daim rəsmi Bakıya qarşı əsassız ittihamlar səsləndirən Paris hədyanları böyük ölçüdə dayandırıb. 

Fransadan ölkəmizə qarşı sərt çıxışların azalması, Azərbaycanı hədəf alan çağırışların edilməməsi diqqət çəkir.

Beləliklə, iki ölkə arasında buzlar əriyib? Münasibətlər bundan sonra hansı formada davam edəcək?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, Fransa Azərbaycanın Cənubi Qafqazdakı çəkindirmə qabiliyyətinin əhəmiyyətini bir neçə faktla müşahidə etdi:

“Həmin faktları ümumi iki yanaşma ilə təqdim etmək olar:

Birincisi, Azərbaycan ABŞ Prezidenti Donald Trampın səlahiyyəti müddətində beynəlxalq nizamı gözləyən proseslərə cavab olaraq geosiyasi gücünü yenilədi.

İkincisi, Azərbaycan 12 günlük İsrail-İran müharibəsinin yaratdığı geosiyasi yerdəyişmələrin müşayiətində xarici siyasət strategiyasını daha təkmil şəkildə strukturlaşdırdı.

İsrailin Azərbaycanla Fransa arasındakı münasibətlərdə tənzimləyici mexanizmlərlə çıxış etməsi də qeyd olunan proseslərdən kənarda deyil. Ehtimal var ki, Təl-Əviv Parislə Bakı arasında yeni münasibətləri müəyyənləşdirmək, həmçinin bunun regional yerini nümayiş etdirmək üçün vasitəçi rolunu oynayıb. Lakin buradan üç sual ortaya çıxır:

Həmçinin oxuyun:

Prezident Şərqi Zəngəzurdan mühüm mesajlar verdi – VİDEO

1.İranla müharibədən əvvəl İsrailin bu səyləri onun Avropa və Qafqazdakı təsirlərində hansı strateji kodları açmağa hesablanmışdı?

2.Bu məsələdə Fransadakı yəhudi lobbilərinin təsiri hansı səviyyədə idi?

3.Türkiyə bu gedişatda hansı mövqedə dayanır?

Qeyd olunan suallara orijinal fikirlərlə real yanaşmalar tapmaq, pərdəarxası məqamları üzə çıxarmaq üçün insayder məlumatlarının olması şərtdir”.


Aqşin Kərimov

Analitik qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya–Azərbaycan münasibətlərinin gərginləşdiyi vaxt rusiyalı həmkarı Vladimir Putinə zəng edib:

“Ehtimalla, cənab Makron müzakirələr zamanı Bakı–Moskva gərginliyindən istifadə edərək regionda Fransanı “prosesin qalibi” kimi təqdim etməyə çalışıb. Hərçənd bu dəfə Makron Bakının strateji maraqlarını və reallıq yaratmaq imkanlarını da nəzərə alıb.

Yekunda isə Fransa səssiz qalır, Azərbaycan–Ermənistan münasibətlərində Vaşinqtonda əldə edilmiş razılıqlara qarşı addım atmaq əlamətləri göstərmir. Bu isə onu deməyə əsas verir ki, iki ölkə arasında “arxa kanal” diplomatiyası, kəşfiyyat elitası səviyyəsində intensiv danışıqlar gedir. Bundan başqa, Fransa Vaşinqtonda razılaşdırılmış Zəngəzur dəhlizinə (“Tramp marşrutu”) qoşulmaq və iqtisadi iştirakçı olmaq imkanlarını axtarır. Son olaraq isə Azərbaycan və Fransa liderlərin danışıqları üçün uyğun vaxt və məkan müəyyənləşdirmək istiqamətində səylərini birləşdirib”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Avqust 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri