Icma.az
close
up
RU
Bakının ən riskli əraziləri açıqlandı

Bakının ən riskli əraziləri açıqlandı

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində torpaq sürüşməsi olub. Məlumata görə, hadisənin səbəbi texnogen problemlərlə bağlı olub. Bəs Bakının başqa hansı ərazilərində torpaq sürüşməsi riski var?

Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, harada su keçirməyən süxurlar varsa, onların üstündə istər təbii yolla, istərsə də süni şəkildə torpaq qatı toplanır. Yəni sonradan əmələ gəlmiş torpaq sahələri yaranır və həmin ərazilərdə sürüşmə halları müşahidə olunur.

Onun sözlərinə görə, Bakıda belə yerlər kifayət qədər çoxdur.

Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov isə öz açıqlamasında söyləyib ki, Bakının sürüşmə riski ən yüksək olan ərazisi, birmənalı şəkildə, Bayıl zonasıdır:

“Relyefin xüsusiyyəti və bu ərazidə çoxmərtəbəli binaların inşa olunması sürüşmə təhlükəsini daha da artırır. Rəsmi mənbələrin məlumatına görə, Bayıl ərazisində müəyyən bərkidici işlər aparılır. Bununla belə, ayrı-ayrı yerlərdə, xüsusilə çayqırağı və dənizkənarı sahələrdə sürüşmə hallarının müşahidə olunması təbii sayılır. Suyun səviyyəsindəki dəyişikliklər, iqlim amilləri və torpaq qatının xüsusiyyətləri bu prosesi gücləndirən səbəblərdəndir”.

Memar qeyd edib ki, sürüşmə zolaqları, əsasən, enişli-yoxuşlu ərazilərdə formalaşır. Belə yerlərdə tikinti aparmaq yüksək risk daşıyır:

“Hətta texniki tələblərə tam əməl olunsa belə, bu cürərazilərdə tikilinin ağırlığı torpaq qatına əlavə təzyiq göstərir və bu da sürüşmə ehtimalını artırır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Noyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri