Icma.az
close
up
RU
Bakının hansı ərazisində metro stansiyası tikilməlidir? FOTO

Bakının hansı ərazisində metro stansiyası tikilməlidir? FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin Yaşıl Dünya Naminə Həmrəylik ili elan olunmasından sonra Azərbaycanda nəqliyyat sahəsində də xüsusi dəyişikliklər həyata keçirildi. Yeni avtobus zolaqları və elektrobusların istifadəsi ilə yanaşı, əhalinin ictimai nəqliyyata üstünlük verməsi üçün də təşviqat işləri aparıldı. Yerüstü ictimai nəqliyyatla birilikdə, metro şəbəkələrinə də artan təlabat bu sahədə də yeni layihələrin həyata keçirilməsinə təkan verdi. Ötən gün prezident İlham Əliyevin Bakıda inşa ediləcək 10 yeni metro stansiyası ilə bağlı çıxışı isə bu sahədə aparılan işlərin sürətlə davam etdiyinin göstəricisidir.
Bəs yeni stansiyaların tikilməsi Bakının hansı əraziləri üçün vacibdir? 
Mövzu ilə bağlı fikirlərini bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı şəhərinə 60-a yaxın metro stansiyası lazımdır:  


“Bu addım bir çox istiqamətləri əhatə edəcək. Hazırda, xüsusən, Bayıl, 20-ci sahə ərazisi, Masazır, Xırdalan, Binəqədi, Sabunçu, Zabrat istiqamətində metro xətlərinə ehtiyac var. 
Əslində Bakı metropoliteninin 20 il bundan əvvəlki planlarında bu istiqamətlərdə metro stansiyaların tikilməsi öz əksini tapır. Cənab prezidentin öz çıxışında bu nüansa toxunması da təsadüfi deyil. Azərbaycanın müstəqillik dövründən bu günə qədər ən çox metro stansiyası tikintisi İlham Əliyevin prezidentliyi dövrünə düşüb və bir neçəsinin açılışını elə son illərdə edib. Bu onu göstərir ki, cənab Prezidentin nəqliyyat infrastrukturuna böyük diqqəti və qayğısı var. Çox güman, yeni tikiləcək 10 metro stansiyasının yerlərinin seçilməsində özü şəxsən maraq göstərib, tələb ortaya qoyub. 
10 Stansiya özlüyündə çox böyük bir rəqəmdir. Lakin təəssüflər olsun ki, sovet dövründə də, Azərbaycanın müstəqilliyin ilk illərində də Bakıda metro stansiyalarının sayı yetərsiz olub. Misal üçün, SSRİ rəhbərliyi İrəvan, Tiflis və Kiyevlə müqayisədə, Azərbaycanın ərazisinə və əhali sayına görə çox az metro stansiyası çəkib. Bu yəqin ki, özündə bir qərəzi ehtiva edirdi. Ancaq mən hesab edirəm ki, bu gün Azərbaycan Prezidentinin tapşırıqları düzgün şəkildə icra olunaraq Bakıda metro şəbəkəsi genişlənəcək. 
Fikrimcə, bu stansiyaların tikintisindən sonra, 2040-cı ilə qədər əlavə 10 stansiya da tikilməlidir. Ümumilikdə isə Bakı şəhərinə 60-a yaxın stansiya lazımdır. Yəni bundan sonra hələ 30 stansiyanın tikintisi də nəzərdə tutulur. İndi cənab prezidentin tapşırığı ilə birinci mərhələdə 10 stansiya tikilərsə, ardınca növbəti layihələr də zamanla həyata keçiriləcəkdir. 
Təbii ki, 10 stansiyanın tikilməsi müəyyən vaxt ala bilər. Lakin cənab prezident bu cür layihələrin ən qısa müddətdə hazır olmasını tələb edir. Məsələn, Xocasən stansiyası təxminən bir ilə tikilib istifadəyə verildi. Məsul şəxslərin də bu işə lazımi diqqəti ayırması ilə tez bir zamanda Bakı metrosu böyük bir inkişaf yolu yoluna qədəm qoymuş olacaq. Çünki illərdir metroda durğunluq var.
Yada salmaq lazımdır ki, cənab Prezident həm də nəqliyyatın digər sahələri ilə bağlı məsələlərə toxundu. Bu mövzudakı müəyyən məsələlər kompleks şəkildə həll olunarsa, yəni, avtobusların sayını artıra bilsək, əhalini ictimai nəqliyyata inandıra bilsək, çox yaxşı dəyişikliklərin şahidi ola biləcəyik”.

(operativ.media)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri