Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir VİDEO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Bakının iki böyük qəsəbəsini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Layihəyə əsasən paytaxtın Sabunçu qəsəbəsindən Sulutəpəyə birbaşa yol çəkiləcək.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Ziya Bünyadov prospektinə alternativ oalraq çəkiləcək bu yol, şərq-qərb nəqliyyat axınının olduğu prospektdə sıxlığın qarşısını almağa kömək edəcək. Dairəvi avtomobil yolunun keçəcəyi ərazilər də təxmini olaraq bəllidir.
Ərşad Hüseynov bildirir ki, layihənin həyata keçirilməsi ilə yük avtomobillərinin də şəhərə daxil olmadan bu yol vasitəsilə hərəkəti təmin ediləcək.
Ekspert onu da qeyd edib ki, həmin yol istifadəyə verilən zaman yeni marşurut xətləri də fəaliyyət göstərməli, mikromobil vasitələr üçün şərait nəzərə alınmalıdır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Baxış sayı:97
Bu xəbər 24 Yanvar 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















