Icma.az
close
up
RU
Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır GÜNDƏM

Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır GÜNDƏM

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hətta mümkündür ki, sənəd hansısa başqa ölkədə deyil, məhz Azərbaycan-Ermənistan sərhədində imzalansın 


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib ki, Tehran Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır. O qeyd edib ki, İran həmişə sülh sazişinin bağlanmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb: "Bu prosesin gecikdirilməsi faydalı deyil və yeni gərginliklərə səbəb ola bilər". 

Ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazırdır: "Biz Bakı və İrəvanın sülh müqaviləsini mümkün qədər tez imzalamasını istəyirik. Eyni zamanda, biz hazırlığımızı saxlayırıq və lazım gələrsə, bu prosesə istənilən dəstəyi verə bilərik". Əlavə olaraq, ABŞ Prezidenti Donald Tramp da son günlərdə bir neçə dəfə Bakı-İrəvan arasındakı sülh prosesindən söz açıb və bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar. Vaşinqton da prosesə töhfə vermək niyyətində olduğunu gizlətməyib. 

Son günlər bir neçə ölkə Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır. O qeyd edib ki, prosesin gecikdirilməsi faydalı deyil və yeni gərginliklərə səbəb ola bilər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı açıqlama verərək deyib ki, Moskva Bakı və İrəvanın sülh müqaviləsini mümkün qədər tez imzalamasını istəyir: "Rusiya bu prosesə töhfə verməyə hazırdır". ABŞ-dən də oxşar çağırış gəlib. Prezident Donald Tramp son günlərdə bir neçə dəfə Bakı-İrəvan sülh prosesinə toxunaraq bildirib ki, tərəflər sülhə yaxınlaşır və Vaşinqton bu prosesi dəstəkləməyə hazırdır. Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi bir daha beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Proses təkcə regional yox, həm də qlobal güclərin diqqət mərkəzindədir. Məsələ ondadır ki, Tehran "sərhədlərin toxunulmazlığı" və "region ölkələrinin suverenliyi" prinsipindən çıxış edərək, Cənubi Qafqazda üçüncü tərəflərin mövcudluğuna qarşı çıxsa da, Azərbaycana münasibətdə açıq qərəz sərgiləyib. Rusiya da özünü hələ "əsas vasitəçi" kimi təqdim etməyə çalışır. Ukrayna müharibəsi fonunda nüfuzu zəifləsə də, Bakı-İrəvan sülh prosesinə təsir imkanlarını qorumaq istəyir. Trampın açıqlamaları isə ABŞ-nin Cənubi Qafqazda fəallığının artmasına işarədir. 


Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması yalnız bu iki dövlət üçün yox, bütövlükdə Cənubi Qafqaz regionu, eyni zamanda regionətrafı bölgələr üçün də böyük əhəmiyyət daşıyır. Ekspert vurğulayıb ki, bir çox ölkələr Azərbaycan və Ermənistana sülh sazişinin imzalanması ilə bağlı çağırışlar edirlər. Ancaq hazırda Azərbaycan və Ermənistanı sülh sazişini imzalamağa çağıran dövlətlərin böyük əksəriyyəti Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün heç bir şey etməyiblər: 

"Bu dövlətlərin böyük əksəriyyəti Minsk qrupunun üzvləri idilər. Hətta üç ölkə - ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədrləri idi. İndi bu üç ölkənin hamısından sülh çağırışları gəlir, sülh prosesini dəstəklədiklərini vurğulayırlar. 30 il ərzində həm bu üç dövlət, həm də bütövlükdə Minsk qrupu Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması istiqamətində heç bir addım atmayıb. Əksinə, Azərbaycan və Ermənistan arasında münaqişəli situasiyanın qalması üçün əllərindən gələni ediblər. Amma indi "sülh çağırışçıları" kimi çıxış edirlər. Guya Azərbaycan və Ermənistanın sülh şəraitində yaşaması həmin ölkələr üçün böyük əhəmiyyət daşıyır. Halbuki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru addımlar atılıbsa, proses irəliyə gedibsə, burada heç bir kənar dövlətin xidməti olmayıb. Bu, rəsmi Bakının israrı ilə ikitərəfli, birbaşa təmaslarla mümkün olub. Rəsmi Bakının tələbləri və ikitərəfli görüşlərlə yekun sülh sazişinin mətni tamamilə razılaşdırılıb". 


E.Xalidbəyli əlavə edib ki, ümumiyyətlə, indi yekun sülh sazişinin imzalanması üçün bəzi şərtlərin icra olunması lazımdır: 

"Şərtlərin başında o gəlir ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə heç bir kənar dövlət müdaxilə etməməlidir. İki dövlət özü məsələni həll etməlidir. Bu, birinci regional şərtdir. Digər iki şərt isə rəsmi Bakı tərəfindən birbaşa irəli sürülüb. Ermənistan öz Konstitusiyasında dəyişiklik etməli, ərazi iddialarından imtina etməli və Minsk qrupunun de-yure ləğvini tələb etməlidir. Onsuz da Minsk qrupu de-fakto mövcud deyil. Bu iki şərt yerinə yetirilmədən Azərbaycan dövləti yekun sülh sazişinə imza atmayacaq. Bunu Azərbaycan rəhbərliyi dəfələrlə açıq bəyan edib. Əlbəttə, yekun sənədin paraflanması mümkündür. Ancaq söhbət yekun sülh sazişinin imzalanaraq prosesin sona çatmasından gedir. Rəsmi İrəvan nə qədər tez zamanda referendum keçirərsə, Konstitusiyasını dəyşərsə, o cümlədən Minsk qrupunun birgə ləğvi ilə bağlı müraciət edərsə, o halda sülh müqaviləsinin harada və nə vaxt imzalanması müzakirə olunar. Hətta o da mümkündür ki, sülh sazişi hansısa başqa ölkədə deyil, məhz Azərbaycan-Ermənistan sərhədində imzalansın". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyul 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri