Bakının işlək yolunda nişan görünmür: maşınların toqquşma riski VİDEO
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Ziya Bünyadov prospektindən Azadlıq prospektinə çıxan hissəsində yerləşən “Yol verin” nişanının ağacların arxasında qalması ciddi təhlükə yaradır. Bu istiqamətə bələd olmayan sürücülər işarəni görmür və sürətlə yola çıxırlar. Bu isə tuneldən çıxan nəqliyyat vasitələri ilə toqquşma riskini artırır.
Bəs, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu cür nişanların görünürlüyünü təmin etmək və mümkün təhlükələrin qarşısını almaq üçün hansı tədbirlər görülür?
Ölkə.az məsələ ilə bağlı quruma sorğu göndərdi. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, paytaxtın küçə və prospektlərində AYNA tərəfindən təhlillər aparılır.
"Nişanların görünməsi məhdudlaşdığı hallarda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət göndərilir. Ağacların budanması zamanı mövcud problemlər aradan qaldırılır", - deyə T.Orucov bildirib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 30 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















