Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ötən onilliklərin solmayan kinolentləri

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var?

Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son vaxtlar ölkədə məktəblilər arasında baş verən zorakılıq, xəsarət yetirmə halları davamlı xarakter alıb.

Bugünlərdə baş verən, bir şagirdin digərinin üzərinə spirt tökərək xəsarət yetirməsi ilə nəticələnən hadisə bunlardan biridir.

Xatırladaq ki, bir neçə müddət bundan öncə “İdrak” liseyində şagird müəlliminə odlu silahla ağır xəsarət yetirmişdi. Digər bir hadisə isə dünən Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları gəlib, hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son vaxtlar şagirdlərin törətdiyi belə aqressiv davranışlarla bağlı bir neçə fakt qeydə alınıb.  

Şagirdlər tərəfindən zorakılıq halları artır...

Ümumiyyətlə, məktəblilər tərəfindən törədilən belə zorakılıq halları son illər yalnız Azərbaycanda deyil, bir sıra ölkələrdə özünü göstərir. 

Belə ki, bugünlərdə Türkiyənin Kahramanmaraş əyalətinin Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində 14 yaşlı şagirdi İsa Aras Mersinli özü ilə gətirdiyi tapança 10 nəfəri (səkkiz şagird və bir müəllim) öldürüb, 13 nəfəri isə yaralamışdı. 

Məktəblilər tərəfindən törədilən belə hadisələrin səbəblərini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər. Bunların sırasında məhz məktəblilərin sosial şəbəkələrdə zorakılıq hallarının yer aldğı videoları izləməsi üstünlük təşkil edir. 

Bu problemin qarşısını almaq üçün bəzi ölkələr məktəb yaşlı şagirdlərin sosial şəbəkələrdən istifadəsinə qadağa gətirilməsinə üstünlük verirlər.

Bugünlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən tənzimləmə ilə 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışına məhdudiyyətlər qoyulub. Bu kontekstdə platformalar yaş yoxlama sistemləri qurmağa və uşaqların inkişafı üçün uyğun olmayan məzmuna girişin qarşısını almağa məcbur olacaqlar. 

15 yaşdan yuxarı istifadəçilər üçün yaşa uyğun, təcrid olunmuş xidmətlər tələb olunacaq. Yeni tənzimləmənin Rəsmi Qəzetdə dərc olunması və tezliklə qüvvəyə minməsi gözlənilir. "YouTube Türkiyə" yeni tənzimləmədən sonra 15 yaşdan kiçiklərə məxsus hesabları bağlamalı ola biləcəyini açıqlayıb.

Türkiyənin Kastamonu Universiteti Təhsil Fakültəsinin Süni İntellekt Tədqiqatları Koordinatoru, professor Selman Tunay Kamer bu tənzimləmənin "qadağan deyil, qoruma mexanizmi" hesab edilməli olduğunu söyləyib. Təhsil sosiologiyası üzrə mütəxəssis Kamer, uşaqların nevroloji inkişafının, xüsusən də yeniyetməlik dövründə hələ tamamlandığı bildirib:

"Elmi tədqiqatlar göstərir ki, risk götürmə və qərar qəbul etmə kimi proseslər 16 yaş ətrafında yetkinləşir. Buna görə də, yaş məhdudiyyətləri təsadüfi deyil, elmi məlumatlara əsaslanır". 

Tətbiq olunacaq qaydanın onların sərbətliyi ilə bağlı müzakirələrə də səbəb olduğunu bildirən Kamer deyib:

"Əlbəttə ki, bu, bir məhdudiyyətdir. Lakin əsas məqsəd uşaqları rəqəmsal mühitdə laqeydlikdən və istismardan qorumaqdır". 

Kamerin sözlərinə görə, tənzimləmənin uğuru əsasən platformaların məsuliyyət daşımasından asılıdır.  

Q qeyd edib ki, yaşın yoxlanılması və məzmunun süzgəcdən keçirilməsi texniki cəhətdən çətin deyil: 

"Əsl məsələ bu sistemlərin faktiki tətbiqi və monitorinqidir".Əks halda şirkətlərə bu mövzuda sanksiyalar tətbiq edilməli olduğunu iddia edib.

Kamer həmçinin təkcə valideyn nəzarətinin kifayət etməyəcəyini bildirib: 

"Bu gün ailələrin uşaqları ilə rəqəmsal ünsiyyətdə ciddi çatışmazlıqları var. Buna görə də məsuliyyəti tamamilə valideynlərə həvalə etmək düzgün deyil".

Hansı ölkələr qadağa tətbiq edib?

Qeyd edək ki, Türkiyə uşaqlara sosial media qadağası tətbiq edən yeganə ölkə deyil.Avstraliya dünyada oxşar qadağanı tətbiq edən ilk ölkə olub. Avstraliya hökuməti 2025-ci ilin dekabr ayına qədər 16 yaşdan kiçik uşaqlar üçün "TikTok", "Instagram", "Snapchat", "X" və "Facebook" kimi sosial media platformalarına girişi bloklayıb. "Messenger Kids", "WhatsApp", "Google Classroom" və "YouTube Kids" platformaları qadağadan çıxarılıb.

Məsuliyyəti sosial media şirkətlərinə həvalə edən Avstraliya hökuməti qaydalara əməl etməyən şirkətlərə təxminən 50 milyon dollara qədər cərimə tətbiq edə bilər. Avstraliya qanunu digər ölkələrdə müzakirələri sürətləndirib.

Avropa Parlamenti 26 noyabr 2025-ci ildə qəbul etdiyi qərarla Avropa Birliyi boyunca sosial media, video paylaşma platformaları və süni intellekt tətbiqləri üçün 16 yaş məhdudiyyətinin tətbiqini dəstəkləyib.
Malayziya da 2025-ci ilin dekabr ayında 16 yaşdan kiçik uşaqlar üçün oxşar tədbirin tətbiqi planlarını açıqlayıb.

Böyük Britaniyada sosial medianın uşaqlarda yaratdığı asılılıqla bağlı davam edən müzakirələr də davam edir. Böyük Britaniyanın Baş naziri Keir Starmer 28 martda "Sunday Mirror" qəzetinə verdiyi müsahibədə sosial media şirkətlərinin uşaqları daha uzun müddət platformalarında saxlamağı hədəflədiyini bildirib.

O, bunun üçün heç bir əsas görmədiyini bildirib: 

"Buna görə də düşünürəm ki, hərəkətə keçməliyik". 

Böyük Britaniya hökuməti sosial mediaya məhdudiyyətlər qoyulub-qoyulmaması ilə bağlı mütəxəssislərlə məsləhətləşir. 22 apreldə İcmalar Palatasında keçirilən səsvermədə millət vəkilləri 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinin qadağan edilməsi təklifini üçüncü dəfə rədd ediblər. 

Bəzi tədqiqatlar göstərir ki, Avstraliyada qadağaya baxmayaraq, uşaqların böyük bir hissəsi sosial media platformalarından istifadə etməyə davam edir. Molly Rose Fondu və YouthInsight tərəfindən 12-15 yaş arası 1050 uşaq arasında aparılan sorğuya görə, qadağa qüvvəyə minməzdən əvvəl hesabı olan uşaqların 61%-i hələ də ən azı bir sosial media hesabına çıxış əldə edib.

Azərbaycanda bu problemin həlli yolları varmı? 

Qeyd edək ki, Azərbaycanda son vaxtlar məktəblərdə baş verən hadisələr, zorakılıq əməlləri bu sahədə müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu istiqamətdə atılan addımlardan biri kimi bugünlərdə ölkə başçısı tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

Həmçinin qeyd edilib ki, sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün.

Ümid edək ki, müvafiq qurumlar sərəncamdan irəli gələn tapşırıqları tezliklə həll edəcək və uşaqların qorunması istiqamətdə yeni qaydaların tətbiqinə şərait yaradacaqlar. Əks halda problem daha da qorxulu hal ala bilər.  

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: kriminal məktəb

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see310

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see235

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see217

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see201

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see196

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see194

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see194

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see193

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see192

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see192

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see191

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see190

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see190

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see190

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see189

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see188

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see187

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see185

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see185

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri