Icma.az
close
up
RU
Bakının memarlıq abidələri əldən gedir… “Bu məmurlar şəhəri bölüşdürüb satır” Memar

Bakının memarlıq abidələri əldən gedir… “Bu məmurlar şəhəri bölüşdürüb satır” Memar

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsindəki korrupsiya haqqında yazmaq gülünc görünür. Ondan geri qalmayan da Mədəniyyət Nazirliyidir.
Bir diqqət edin, şəhərin düz mərkəzində, akademik Ə.K.Əlizadə və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində (əvvəllər geniş olan küçədən indi yalnız restoranlar arasında dar bir keçid qalıb) daha bir eybəcər restoran tikilir. Kim verib bu dövlət tərəfindən qorunan memarlıq abidəsinə qarşı edilən bu kobud «əlavəyə» icazəni?.

Tribunainfo.az xəbər verir ki, bu problemi sosial media hesabında memar Elçin Əliyev ictimailəşdirib. Memar qeyd edib ki, Bakının taleyini bu gün qərar vermək hüququ əldə etmiş vicdansız insanlar müəyyən edir:

“Başqalarının sevgi ilə yaratdığı şəhəri satırlar, ictimai məkanları bölüşdürür, tarixi memarlığı məhv edir, oğurlayırlar — sonra isə «qaqa» kimi gəzib etdiklərindən zövq alırlar. Utanmadan camaat içinə çıxır, şəhərsalma forumlarına, qəbullara, təqdimatlara, konsertlərə gedirlər.

Amma mətbuata və televiziyaya qulaq assanız, hər şey guya qaydasındadır: restoranlar yağışdan sonra göbələk kimi artır, xalq kef edir, memarlıq isə məhv edilir. Şəhər artıq məmurlar üçün ev yox, açıq səma altında bir bufetə çevrilib. Əsas odur ki, mətbəx zəngin olsun, vicdan isə — bu gün pəhrizdədir. Ölkədə hər şey talanır, israf olunur, yeyilib tükənir”.

Məlum məsələdir ki, tikiliyə icazə verilib. Lakin kimin, hansı dövlət qurumunun icazə verdiyi məlum deyil. Bunu öyrənmək məqsədilə aidiyyəti dövlət qurumlarıyla əlaqə saxlamağa çalışdıq. Lakin cəlhdlərimiz baş tutmadı. Memarın qaldırdığı məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının açıqlamasını dərc etməyə hazırıq.

Qeyd edək ki, E.Əliyev memarlıq abidəsinin qarşısında kobud şəkildə inşa edilmiş yeni tikilinin fotolarını da paylaşıb. Şəkilləri təqdim edirik

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri