Icma.az
close
up
RU
Bakının memarlıq irsi araşdırması nüfuzlu nəşrdə KONKRET

Bakının memarlıq irsi araşdırması nüfuzlu nəşrdə KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərinin qədim memarlıq irsinə dair geniş araşdırma nüfuzlu beynəlxalq elmi nəşrdə işıq üzü görüb. Belə ki, UNESCO-nun 2025-ci il üçün nəşr etdiyi “Architecture, Monuments and Urbanism” adlı beynəlxalq elmi toplunun ikinci hissəsində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin və tanınmış azərbaycanlı tədqiqatçı, professor Cəfər Qiyasinin birgə müəllif olduğu məqalə dərc olunub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, “The Walled City of Baku, Azerbaijan” (“Azərbaycanın qala şəhəri Bakı”) adlı məqalə paytaxtın qədim və orta əsrlərə aid tarixini, memarlıq irsini və şəhərsalma təkamülünü əhatə edir. Araşdırmada Bakının ən qədim məskunlaşma izlərindən və şəhərin Roma mənbələrində qeyd olunmasından başlayaraq Şirvanşahlar dövrünün tikinti genişlənməsi və sonrakı mərhələlərə qədər uzanan memarlıq inkişaf xətti təhlil olunur.

Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının paytaxtı və Xəzər dənizinin ən böyük limanı olan Bakının tarixi taleyi hər zaman Xəzərlə sıx bağlı olub. Abşeron yarımadasının zəngin neft-qaz ehtiyatları, yeraltı qaz sızmaları və onların alovlanması əsrlər boyu şəhərə xüsusi sakral məna verib və qədim dövrlərdə odu ali qüvvə hesab edən insanlar üçün Baku müqəddəs məkan kimi dəyərləndirilib.

Həmçinin vurğulanır ki, Bakının formalaşması və inkişafı ən qədim dövrlərdən etibarən Azərbaycan ərazisindən keçən quru və dəniz ticarət yolları ilə sıx bağlı olub. Şəhər tarixi İpək Yolunun əsas istiqamətlərindən biri üzərində yerləşdiyinə görə, onun memarlıq və şəhərsalma inkişafı müxtəlif iqtisadi mərhələlərin izlərini daşıyır.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

Məqalədə İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş tarixi mərkəzin — şəhərsalma strukturu, daş tikinti üsulları, planlaşma həlləri və dekorativ elementləri ətraflı şəkildə təhlil edilir. Tədqiqat həmçinin Bakının memarlığının Xəzər sahilyanı mühiti, ticarət, sənətkarlıq və neft hasilatı kimi amillərlə qarşılıqlı təsirini araşdırır.

Əsərdə Qafqaz və türk dünyasının mədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində formalaşmış özünəməxsus Bakı memarlıq ənənəsi xüsusi olaraq vurğulanır. Araşdırma sübut edir ki, şəhərin memarlıq simasında yerli Azərbaycan üslubu, islam ornamentikası, fars memarlıq kompozisiyaları, osmanlı istehkam elementləri və daha sonrakı Avropa təsirləri harmonik şəkildə birləşib.

Məqalə arxeoloji tapıntılar, yazılı mənbələr və tarixi plan-sxemlər əsasında hazırlanıb.

Aşağıdakı keçid vasitəsilə məqalənin tam versiyası ilə tanış ola bilərsiniz.

https://www.academia.edu/129418366/The_Walled_City_of_Baku_Azerbaijan

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri