Icma.az
close
up
RU
Bakının mərkəzində bərbad yeraltı keçidlər FOTOREPORTAJ

Bakının mərkəzində bərbad yeraltı keçidlər FOTOREPORTAJ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar paytaxtda onlarla piyada keçidi tikilib istifadəyə verilib. Düzdür bəzən bu keçidlərdən istifadə etməməkdə piyadaları günahlandırırıq. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə sakinlərin ondan istifadə etməməkdə haqlı olduğu qənaətinə gəldik.

Məsələn, paytaxtın mərkəzi küçələri olan “Sahil” və “28 May” ərazilərində yerləşən yeraltı keçidlərdə illərdir davam edən eskalator problemi hələ də öz həllini tapmayıb. Keçidlərdən istifadə edən sakinlər deyirlər ki, burada piyada əvəzinə zibil qalıqlarına rast gəlmək mümkündür. Keçidin içərisində isə siqaret kötükləri və kiçik polietilen torbaların sayı-hesabı yox idi. Bu vəziyyətdən isə razı qalan buranı özünə məskən seçən heyvanlar idi.

Eyni zamanda yaxınlıqda yerləşən digər keçidlərə də isə təmizlik qənaətbəxş idi, amma divarların isə təmirə ehtiyyacı vardı.

Ərazidə yaşayan və arabir keçiddən istifadə edən sakinlər isə divarlardakı daş piltələrinin hər an düşəcəyindən ehtiyatlanırlar. Onları narazı salan bir məqamda isə gecə saatlarında keçidin qaranlıq olmasıdır.

“20 ildir mən burada yəni yaxınlıqda yerləşən mağazaların birində işləyirəm. Amma bu pilləkənlərin hələ də dəyişdiyini görməmişəm. Hamı buradan düşür, keçir. Bilirlər ki, ya işləyir, ya işləmir. O qədər demişik ki, baxan yoxdur. Baxın, hal-hazırda da biri işləyir, biri yox. Yaşlı nəsil çıxıb düşə bilmir, uşaqlar var, yaşlı ana-atalar var. Təkcə mən deyiləm, o qədər insan var ki, işləməyəndə yolun başqa tərəfi ilə keçir”– deyə, Bakı sakini Gülşən Qasımova bildirib.

Şəhər sakini Məlahət Nuriyeva isə keçiddən istifadə edərkən uşağı ilə birlikdə təhlükəli vəziyyətə düşdüyünü deyir: “İşləməlidir, amma mən qorxuram, bir dəfə uşağımla düşmüşəm içinə. İstəyirik düzəlsin, hər şey yoluna düşsün. Biz də insan kimi gedək-gələk, bütün günü çöldəyik”.

Şəhər sakini Şövkət Soltanova isə bildirir ki, keçidlər fiziki məhdudiyyətli insanlar üçün tamamilə yararsızdır: “Hamilə var, xəstə var. Yaşlı adam olur, əlildir. Onlar aşağı düşə bilmirlər. Elə mən özüm o gün dayandım, çıxa bilmədim. Qorxdum, yavaş-yavaş pilləkəndən düşdüm. Qolumdan əməliyyat olunmuşam gedib-gələ bilmirəm”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bəyan edib ki, balansımızda olan eskalatorlarda yaranan nasazlıqların aradan qaldırılması ehtiyat hissələrinin xaricdən gətirilməsindən asılıdır: “Əgər problem yüngüldürsə, təmir işləri yerindəcə və dərhal həyata keçirilir. Lakin bəzi hallarda uzunmüddətli və texniki baxımdan mürəkkəb nasazlıqlar baş verir ki, bu zaman təmir prosesi sex şəraitində aparılır. Bu da müəyyən zaman tələb edir”.

Digər tərəfdən isə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu keçidlərə nəzarət onların balansında deyil.

Halbuki, bu keçidlər az qala hər gün minlərlə vətəndaşın istifadə etdiyi strateji nəqliyyat məntəqələridir. Onların baxımsız qalması, aidiyyəti qurumların məsuliyyəti bir-birinin üzərinə atması cəmiyyət arasında ciddi narazılıq doğurur.

Qeyd edək ki, son illərdə ölkədə piyada keçidlərinin tikintisi ilə bağlı bir sıra işlər görülüb. 2016–2018-ci illərdə Bakıda 3 yeraltı və 19 yerüstü piyada keçidi, 2018–2019-cu illərdə isə 7 yeni keçid istifadəyə verilib. Əlavə olaraq 8 ərazidə yeni keçidlərin tikintisinə başlanılıb.

Məsələ diqqətdə saxlanılacaq.

Müəllif: Fatimə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri