Bakının mərkəzində cip lə sürət yarışı keçirən gənc saxlanıldı
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Bakıda sürət yarışı keçirən gənc cərimələnib.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Salyan şossesində qeydə alınıb.
18 yaşlı Vahid Muradov (ad və soyad şərtidir) idarə etdiyi “Kia Sorento” markalı avtomobillə qeyd olunan ərazidə sürət yarışı keçirib. O, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Vahid Muradov ifadəsində əməlindən peşman olduğunu deyib.
Səbail rayon Məhkəməsinin qərarı ilə Vahid Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 500 manat cərimə edilib.
Baxış sayı:39
Bu xəbər 06 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















