Icma.az
close
up
RU
BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video

BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Zülfəli İsmayılov dedi ki, içəridə ola-ola evini sökəcəm, səni də içində öldürəcəm”

Bakının Yasamal rayonunda baş verən qalmaqallı söküntüdən sonra paytaxtın mərkəzində daha bir mənzil qanunsuz olaraq dağıdılıb. Söhbət Xətai rayonu, Sergey Senyuşkin 34 ünvanında yerləşən mənzilin sahibindən icazəsi sökülməsindən gedir. Ev sahibi deyir ki, xəbəri olmadan ona məxsus qeyri-yaşayış sahəsi bir neçə saatın içində elə dağıdılıb k, daş daş üstündə qalmayıb, hətta içindəki əşyalar da bütünlüklə yoxa çıxıb.

Bu haqda “Hürriyyət” qəzetinə müraciət edən Bakı sakini, hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 41, mənzil 3-də kirayədə yaşayan Musayeva Gülgəz Yunis qızı deyir ki, sözügedən mənzil qızı Xuraman Nağıyevaya məxsus olub. Onun sözlərinə görə, qanuni şəkildə qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzili birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov göstərişi ilə yerlə-yeksan edilib. G.Musyaveva başına gələnləri əməkdaşımıza danışıb:

“Qeyd edim ki, 2018-ci ildə Xətai rayonu, Sergey Senyuşkin 34 ünvanında olan 1 otaqlı 24.08 kv olan həyət evini qızıma almışdım. Sonradan maddi vəziyyətim çətin olduğuna görə, həmin evi obyektlə əvəzləyib, özüm kirayədə yaşamışam.

Bu yaxınlarda həmin ünvanda söküntü işləri aparılıb. Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov məni çağırıb bildirdi ki, ərazidə söküntü olacaq, mənzillərin hər kv.metrinə 2700 manatdan ödəniş ediləcək. Mən buna razılıq vermədim. Çünki həmin ərazidəki fərdi yaşayış evlərinə də həmin məbləğ təklif olunmuşdu. Mənim evim isə qeyri-yaşayış sahəsi kimi sənədləşdirilib və sökülən tarixədək qanuni şəkildə icarədə idi.

Mən təklif olunan məbləğlə razılaşmadığım üçün Zülfəli İsmayılov dedi ki, “sən razı olsan da, olmasan da mən həmin ünvanı uçurdacam. Heç yerə getmədən, kimsəyə şikayət etmədən razılaş”. Hətta onu da əlavə etdi ki, harasa şikayət etsən, sənə 1 qəpik belə verməyəcəm.

Bu zaman dedim ki, gedib evimdə yaşayacam, içərisində də əşyalarım var. Yenə dedi ki, “sən evdə ola-ola söküb, səni də içində öldürəcəm”.

Ərazidə söküntü başlayandan sonra kirayəyə verdiyim şəxslər çıxdı, ev boş qaldı. Mən arada imkan tapdıqca gedib evimə baxırdım. Təxminən 1 həftə qabaq yenə gedib evimə baş çəkəndə gördüm ki, yerlə-yeksan edilib, evdə daş daş üstündə qalmayıb. Hətta içərisində olan əşyalarım da yox idi. Hansı ki, söküntüdən əvvəl evin içərisində soyuducu, televizor, çarpayı, divan və s. əşyalarım var idi.

İcra Hakimiyyətinin əməkdaşlarında əlaqə telefonlarım olsa da, evim sökülən gün mənə heç bir məlumat verilməyib.

Onu da deyim ki, 2,5 sot torpaq sahəsinin içində tikilən obyektin sahəsi 24.08 kv.metr olsa da, qeyri-yaşayış sahəsi kimi sənədləşdirilndə 22.08 kv.metr hesablamışdılar. Bundan əlavə, həyədə sanitar qovşaq və hamam var idi. Bunları da nəzər almadan, mənə cəmi 22 kvadrat metr üçün pul təklif olunurdu.

Hər kəsə bəllidir ki, həmin ərazidə obyektlərin hər kv.metrinin qiyməti 8-9 min manatdır. Onların verdiyi məbləğə isə mən heç şəhərin kənarında da evə ala bilməzdim. Bu səbəbdən təklif etdim ki, ərazidə obyektimin kvadratına uyğun yeni bir obyekt versinlər. Lakin dedilər ki, ən yaxşı halda hər kvadratına 3000 manat verə bilərik. Mən razılaşmadım və indiyədək heç bir məbləğ də almamışam.

Obyektimin qanunsuz olaraq sökülməsinə, işindəki əşyalarımın yoxa çıxarılmasına rəğmən, mən yenə də artıq heç nə istəmirəm, ya obyektimi alıb versinlər, ya da ərazidəki qiymətlərə uyğun pulumu versinlər”.

Məsələ ilə bağlı Bakı Şəhəri Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizi cavabsız qoydu.

Jalə FAMİLQIZI

Redskiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri