Icma.az
close
up
RU
Bakının mərkəzində əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMA

Bakının mərkəzində əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMA

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Səbail rayonu, Mikayıl Useynov küçəsi (keçmiş Neftçilər prospekti) 14 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar müvafiq qurumun aktı mövcuddur və həmin binada yaşayan sakinlərin köçürülməsi ilə bağlı sərəncam təsdiq edilib.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən verilib.

"Məlumat üçün qeyd edirik ki, hazırda köçürülən mülkiyyətçilər həmin mənzillərin qapı və pəncərələrini (tikinti materialları) özləri ilə daşıyıblar. Əlavə olaraq bildiririk ki, sözügedən ünvanda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işləri aparılmayıb", - deyə məlumatda vurğulanır.

16:09

Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada aparılan söküntü işləri ilə bağlı səsləndirilən iddialara Bakı Şəhər İcra Hakimiyyəti cavab verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə qurumun əməkdaşları tərəfindən heç bir iş aparılmır.

15:02

Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada artıq bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işləri davam edir.

Yerli sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirir.

23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.

@tv.oxu

Bakının mərkəzində qalmaqallı söküntü: "Əcnəbi işçilər sakinlərə daş atırlar" #Bakı #oxutv

♬ original sound - oxutv - oxutv

Ərazidə çalışan şəxslər sakinlərə bildiriblər ki, onlara qapı və pəncərələrin sökülməsi tapşırılıb.

Sakinlər isə bildirirlər ki, ağır alətlərlə - xüsusən kuvaltla aparılan işlər nəticəsində divarlarda çatlar yaranmaqla yanaşı, daş qırıntıları balkonlara və qonşu mənzildə yaşayan sakinlərin üzərinə tökülür.

"Dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məsələyə münasibət bildirməyiblər. Etdiyimiz zənglər və yazdığımız məktublar cavabsız qalıb", - deyə şikayətdə bildirilir.

Sakinlər onu da qeyd edirlər ki, "mülkiyyətçilər öz evlərində söküntü aparırlar" bəhanəsi ilə həyata keçirilən bu qeyri-qanuni proses onların psixoloji vəziyyətinə mənfi təsir göstərir və məqsəd binanı qəza vəziyyətə salmaqdır.

Xatırladaq ki, problem daha əvvəl 2025-ci il may ayının 12-dəmay ayının 19-da tərəfimizdən ictimailəşdirilmişdi.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri