Icma.az
close
up
RU
Bakının mərkəzində gecə klubundakı partlayışla bağlı 99 minlik tələb

Bakının mərkəzində gecə klubundakı partlayışla bağlı 99 minlik tələb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

3 il əvvəl Bakının mərkəzində “The Location” gecə klubunda baş vermiş partlayış nəticəsində dünyasını dəyişənlərdən biri – 2001-ci il təvəllüdlü Ayxan Fətullazadənin ailəsi onlara dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Ailə bu tələblə məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, mərhum Ayxan Fətullazadənin valideyni mənəvi ziyanın əvəzi olaraq, 99 min manatlıq iddia qaldırıb.

“The Location” klubda baş vermiş partlayış və ardınca yanğın nəticəsində 4 nəfər ölüb, 33 nəfər xəsarət alıb. Bundan başqa, ətrafda olan 14 avtomobil, 1 mənzil və 2 obyektə ziyan dəyib. Bu hadisə ilə əlaqədar 3 nəfər həbs olunmuşdu. Bunlar obyekti icarəyə götürmüş “Merser food” MMC-nin administratoru Rəsul Rəsulov, şirkətin təsisçisi – klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov idi.

Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülmüşdü.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə Rəsul Rəsulova 5 il Orxan Səfərliyə 4 il cəza verilmişdi. Ruslan Məmmədova isə sınaq müddəti təyin olunmaqla şərti cəza kəsilmişdi.

Hökmü elan olunarkən bildirilmişdi təqsirləndirilən Orxan Səfərli tərəfindən dəymiş ziyan tam ödənilib. Zərərçəkmişlər tərəfindən məhkəməyə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmaması haqda ərizə təqdim olunmuşdu.

Mərhum Ayxan Fətullazadənin valideyni də həmin məhkəmədə onun hüquqi varisi qismində dindirilmişdi.

Budəfəki məhkəmədə ailə göstərib ki, Ayxan hadisə baş verdiyi dövrdə Memarlıq və İnşaat Universitetində təhsil alırdı, 4-cü kurs tələbəsi idi. Maddi baxımdan ehtiyacı olduğuna görə müxtəlif yerlərdə ofisiant işləyirdi. 2022-ci il martın 18-dən 3 apreldə hadisə baş verənə qədər “Tle Location” klubunda günəmuzd – 15 manata işləyib: “Aprelin 3-də gecə saat 4 radələrində zəng gəldi. Bir oğlan dedi ki, Ayxanın iş yoldaşıdır, partlayış olub, Ayxan yaralanıb, 5 nömrəli xəstəxanaya aparıblar. Səhər xəstəxanada Ayxandan hadisəni soruşdum. Dedi ki, qaz balonundan olub. Bir həftə sonra – aprelin 10-da “Medera Hospital”da Ayxan dünyasını dəyişdi”.

Ata bildirib ki, ilk övladının ölümündən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də ailə özünə gəlməyib. Bu itkini sözlə ifadə etmək mümkün deyil: “Ayxan zəhmətkeş, çalışqan və gələcək arzularla yaşayan bir gənc idi. Ailənin ümidi və qürur mənbəyimiz olub”.

Lakin məhkəmə mənəvi ziyanın əvəzi olaraq, 99 min manat təzminat tələbi ilə qaldırılan iddianı təmin etməyib. Hakim qərarını belə əsaslandırıb ki, klubdakı partlayışla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Ayxan Fətullazadənin atası orada zərərçəkmişin hüquqi varisi qismində dindirilib. O, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirib, bu barədə ərizə təqdim edib. Bu ərizə də hökm çıxarılarkən nəzərə alınıb. Söhbət 6 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən gedir.

“İşin hallarından da göründüyü kimi, iddiaçının cinayət prosesində təqsirləndirilən şəxslərlə barışdıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsas yaranmayıb”, - deyə hakim qərarında qeyd edib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Oktyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri