Icma.az
close
up
RU
Bakının mərkəzində nəzarətsiz qalan QADAĞAN NİŞANLARI VİDEO

Bakının mərkəzində nəzarətsiz qalan QADAĞAN NİŞANLARI VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının mərkəzində, sakinlərin və turistlərin ən çox hərəkət etdiyi ərazidə bir çox sürücü qadağan nişanlarının tələblərinə məhəl qoymur.
Avtosfer.az xəbər verir ki, söhbət İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən gedir.
Bu ərazidə avtomobillərin girişini qadağan edən 3.1 və parklanmasını qadağan edən 3.27 nişanlarının qoyulmasına baxmayaraq, bir çox sürücü bu nişanların tələbinə məhəl qoymur. Həm ərazidə rahatlıqla hərəkət edir, həm də avtomobillərini park edirlər.
Xatırladaq ki, oktyabrın 25-də bu əraziyə avtomobillərin girişinin qadağan ediləcəyi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi açıqlama yaymışdı.
Açıqlamada qeyd olunurdu ki, İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur.
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Sözügedən ərazidə "Giriş qadağandır" (3.1) nişanları quraşdırılmış və oktyabr 27-də bu əraziyə girişin qadağan olunduğu rəsmi açıqlanmışdı.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, ərazidə olan bəzi inzibati orqanlara aidiyyəti olan xidməti avtomobillərin hərəkətinə icazə verilir.
"Digər avtomobillərin isə xüsusi təyinatlı nəqliyyat vasitələri istisna olmaqla hərəkətinə icazə verilmir", - deyə T. Nəsirli bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlasaq da, hələ bir cavab verilməyib.

(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri