Bakının mərkəzindəki yol yararsız hala düşdü
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Sübhi Salayev küçəsinin yararsız vəziyyəti sakinlərin etirazına səbəb olub. Onların sözlərinə görə, Səməd Vurğun küçəsini Zivərbəy Əhmədbəyov küçəsi və Zabitlər Parkı ilə birləşdirən bu yol uzun illərdir əsaslı təmir görməyib.
Milli.Az xəbər verir ki, sakinlər bildirirlər ki, küçənin təxminən 300-500 metrlik hissəsində çoxsaylı çala və çuxurlar yaranıb. Bu isə nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı, avtomobillərin texniki vəziyyətinə də mənfi təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyəti bildiriblər ki, sözügedən küçənin asfalt örtüyünün yenilənməsi onların səlahiyyət dairəsinə daxil deyil.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 İyun 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















