Bakının məşhur hotelinin sürücüləri avtobus zolağını zəbt edir FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtda artıq bir müddətdir ki, piyadaların, eləcə də skuter və velosipedlə hərəkət edən vətəndaşların rahat və təhlükəsizliyi üçün müxtəlif addımlar atılır. Buna baxmayaraq, hələ də bəzi şirkətlər, onların sürücüləri bu istiqamətdə verilən qanunları pozmağa davam edir.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən Qış parkının yanındakı velosiped zolağının mütəmadi olaraq zəbt edilir.
.jpg)
Belə ki, rayonun Mirzəağa Əliyev küçəsində yeni salınan zolaq hər gün bir neçə dəfə sürücülər tərəfindən özəlləşdirilir. “Winter Park Hotel”ə məxsus turist daşıyan iri tutumlu avtobuslar, hotelə məxsus “Mercedes Vito” markalı nəqliyyat vasitələri, eləcə də taksi sürücüləri velosiped zolağında park edir. Sərnişinlərin düşürülməsi və mindirilməsi üçün zolaqda dayanmağı üstün tuturlar.
Zolağın bu şəkildə zəbt olunması həm velosipedçilər üçün təhlükə yaradır, həm də piyadaların hərəkətinə mane olur.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsinə əsasən, 2 bal və 100 manatla cərimələnə bilər.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















