Bakının ölüm dairəsi ndə daha bir sürücü qəza vəziyyəti yaratdı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Böyükşor bulvarında sürücülərin qaydalara əməl etməməsi nəticəsində qəzalar baş verir. Avtosfer.az xəbər verir ki, bir neçə gün öncə sözügedən ərazidə ağır yol-nəqliyyat hadisəsi də baş vermişdi.
Qeyd edək ki, dairədə "stop" nişanının olmasına baxmayaraq sürücülər dayanmadan hərəkət edirlər. Bu isə baş yolla hərəkət edən sürücülərə təhlükəli vəziyyət yaradır.
Həmin kəsişmə yerində qaydalara əməl etməyən daha bir sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. 77-MM-417 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü "stop" nişanında dayanmadan yolayrıcına girərək görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb. Səs siqnalı ilə xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç nə olmamış kimi yoluna davam edib.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 İyul 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















