Bakının Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci il dekabrın 10-da YAP Qaradağ Rayon Təşkilatı və Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – müasir Azərbaycanın memarı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının, Qaradağ rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhid ailələri, qazilər, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masanın iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələrini qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəallarının əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlər barədə məlumat verib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 50 ildən çox davam edən dövr yalnız bu tarixi şəxsiyyətlərin deyil, bütöv bir ölkənin və xalqın tarixidir. Ona görə də bu şərəfli tarixin hər anı diqqətlə öyrənilməli və bu haqda tarixi elmi əsərlər yazılmalıdır. Məhz bu siyasi xəttin Prezident İlham Əliyevin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu uğurların əsasını qoyan Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Sonra Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən “Heydər Əliyev – müasir Azərbaycanın memarı” adlı videoçarx nümayiş etdirildi.
Dəyirmi masada çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar təşkil edilmiş tədbirin onun qəlbində kövrək hisslər doğurduğunu bildirdi. Ümummilli lider dünyasını dəyişərkən XI sinif şagirdi olduğunu bildirən S.Şıxəliyeva qeyd etdi ki, bu, onun daxilində dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı böyük narahatçılıq yaratsa da sonralar dahi rəhbərin layiqli davamçısı olan Prezident İlham Əliyevin qazandığı uğurlar bu həyacanın tezliklə aradan qalxmasına, Vətənimizin gələcəyi üçün bir əminlik və inamın yaranmasına səbəb oldu.
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva çıxış edərək Ümummili lider Heydər Əliyevin həm keçmiş sovet, həm də müstəqilliyin bərpasında sonra Azərbaycanın inkişafına verdiyi töhfələr və göstərdiyi əvəzsiz xidmətlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycanın mədəniyyətinə həmişə yüksək qiymət verən Ulu öndər onun bütün dünyada geniş şəkildə tanınması üçün çox böyük işlər görüb.
Dəyirmi masada çıxış edən AMEA- nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Günel Mehdizadə tarixə ekskurs edərək Ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan zəngin siyasi fəaliyyəti barədə çox geniş məlumat verdi. O vurğuladı ki, həm keçmiş sovet hakimiyyəti, həm müstəqilliyin bərpasından sonra Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın tarixinə dinamik inkişaf dövrü kimi daxil olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranmış gərgin vəziyyət - ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, iqtisadi böhran, vətəndaş qarşıdurması və xaos məhz xalqın tələbi ilə hakimiyytə qayıdan Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində aradan qaldırıldı. Ulu öndərin müəllifi olduğu inkişaf strategiyası sayəsində Azərbaycan qısa müddətdə cəbhədə atəşkəsə nail oldu, tanınmış beynəlxalq şirkətlərin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatının bərpasına təkan verdi, müasir tələblərə cavab verən ordu quruculuğu həyata keçirildi.Ulu öndər həm keçmiş sovet hakimiyyəti, həm də müstəqilliyin bərpasından sonra həyata keçirdiyi nəhəng islahatlar, böyük dövlət quruculuğu, cəmiyyətin bütün sahələrində reallaşdırdığı layihələrlə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu daimi etməyi bacardı.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın ən böyük kapitalı olan insan resurslarının yetişməsində, gənc nəslin həm keçmiş SSRİ-nin, həm də müstəqillik illərində dünyanın aparıcı universitetlərində təhsil almasında mühüm rol oynadığını vurğuladı. O qeyd etdi ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müasir Azərbaycan gənclərinin hərtərfli formalaşmasında və ölkəmiz üçün dəyərli insan kapitalına çevrilməsində mühüm rol oynayır.
Sonra Lökbatan qəsəbəsi Şəhid Elxan Həsənov adına 139 nömrəli məktəbin yuxarı sinif şagirdləri tərəfindən Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs üzrə uğurla addımlayan Azərbaycanın gələcəkdə daha böyük nailiyyətlərə imza atacağını xüsusi qeyd etdi və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərginin önündə xatirə fotosu çəkdirildi.
Baxış sayı:69
Bu xəbər 11 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















