Icma.az
close
up
RU
Bakının qulağının dibindədir Amma evi olan satıb qaçır

Bakının qulağının dibindədir Amma evi olan satıb qaçır

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər ölkəmizdə ən çox böyüməkdə olan və əhalisi sürətlə artan şəhər şübhəsiz ki, Xırdalandır. Bəzi proqnozlara görə, belə artım tempi ilə Xırdalan çox yaxın zamanlarda "ölkənin ən böyük ikinci şəhəri" adını Sumqayıt və Gəncənin əlindən alacaq.

Paytaxtdan cəmi 10 kilometr uzaqda yerləşən və Abşeron rayonunun inzibati mərkəzi olan bu şəhər son 10 ildə təxminən 2 dəfə böyüyüb. Paytaxtda intensivləşən söküntü işləri və regionlardan iş, təhsil məqsədi ilə Bakıya üz tutan vətəndaşlar üçün olduqca əlevrişli olan Xırdalan, daşınmaz əmlak alışı üzrə lider sıralarda qərarlaşıb. Elan saytlarına və satış səhifələrinə nəzər salsaq, ən çox mənzil və həyət evinin də məhz bu ünvandan qoyulduğunu müşahidə edə bilərik.

BAKU.WS xəbər verir ki, yenisabah.az bu mövzu ilə bağlı maraqlı tendensiya ilə qarşılaşıb.

Məsələ ilə bağlı diqqətçəkən nüans odur ki, Xırdalanda mənzil və ev alan vətəndaşların bir çoxu, cəmi bir neçə il sonra sözügedən əmlaklarını daha ucuz və təcili şəkildə satışa çıxarır. Bu tendensiya ən çox yenitikili binalarda özünü göstərir. Yerli realtorlar prosesin intensiv olmasını inkar etsə də, səbəbləri etiraf edirlər. Onların müşahidəsinə görə, Xırdalanın mənfi tərəflərinin başında nəqliyyat sıxlığı, səs-küylü məhəllə mühiti və plansız tikinti gəlir. Yüksək rütubətlilik və kanalizasiya xətlərinin bərbad olması isə digər problemlər arasındadır. Bütün bu sadalanan mənfi nüanslar müqabilində Xırdalanda yaşamağın ən müsbət tərəfi Bakıya yaxın olması və nəqliyyat sisteminin nisbətən yaxşı olmasıdır. Lakin demək olar ki, günün hər vaxtı müşahidə olunan nəqliyyat tıxacları paytaxtda daha tez çatma arzusunu sakinlərin gözündə qoyur.

Xırdalanda satışa təqdim olunan daşınmaz əmlaklara olan intensiv tələbatın başlıca səbəbi, qiymətlərlə bağlıdır. İstər mənzil, istərsə də həyət evləri seqmentində olduqca ucuz satılan əmlaklar ilk baxışda alıcılar üçün ideal fürsətə çevrilir. Lakin realtorların da dediyi kimi, bir müddət sonra Xırdalanın yeni sakinləri əllərinə düşən ilk fürsətdəcə burdan "qaçırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Avqust 2026 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri