Bakının tarixi abidələrində nə baş verir? Baş Prokurorluq hərəkətə keçdi
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində qanunsuz yenidənqurma işləri aparıldığı müəyyən edilib.
"Yeni Sabah" bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. pizza
Araşdırma zamanı Nəsimi rayonu, Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin görüldüyü aşkarlanıb.
Aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.
Baş Prokurorluq xatırladıb ki, tarix və mədəniyyət abidələrinin qorunması dövlət tərəfindən təmin edilir. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadan aparılmasına yol verilmir.
Qeyd olunub ki, xəbərdarlıq qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətini istisna etmir.
İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mədəni sərvətlərin qorunması ilə bağlı tələblərin pozulması, o cümlədən müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsi inzibati məsuliyyətə səbəb olur.
Bundan əlavə, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qəsdən korlanması və ya məhv edilməsi Cinayət Məcəlləsinin 246-cı, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər isə 246-1-ci maddəsi ilə cinayət məsuliyyəti yarada bilər.
Baş Prokurorluq vətəndaşları və aidiyyəti şəxsləri dövlət mühafizəsinə götürülmüş abidələrdə hər hansı təmir, bərpa, yenidənqurma və digər işlər aparmazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş tələblərə və razılaşdırma prosedurlarına ciddi əməl etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















