Icma.az
close
up
RU
Bakının təyyarə tələbi: Kreml “fikrini” dəyişəcəkmi?

Bakının təyyarə tələbi: Kreml “fikrini” dəyişəcəkmi?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ayda günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi:

“İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi. “7 aydır ki, biz cavab ala bilmirik” deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə etdi.

Kremlin fikrini dəyişəcəyini, yəni İlham Əliyevin haqlı tələblərini yerinə yetirəcəyini zənn etmirəm. Rusiyanı idarə edənlərin üzr istəmək ənənəsi yoxdur. Halbuki Kreml vurulan təyyarə ilə bağlı üzərinə düşənləri etsəydi, iki ölkə arasındakı münasibətlər bugünkü gərgin vəziyyətə sürüklənməzdi. İlham Əliyevin “10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus “Boinq”lə bağlı təhqiqat başa çatsın” sözləri də Kremlə xatırlatmaydı. Həmin təhqiqat məhz Rusiyanın Malayziya təyyarəsini raketlə vurduğunu faktlarla sübut etdi. Kreml o zaman da üzr istəmək əvəzinə mülki təyyarənin guya Ukraynanın vurduğu haqqında yalan məlumatlar yaydı. Kreml eyni “ssenaridən” Azərbaycana qarşı da istifadə etməyə çalışdı. Guya AZAL təyyarəsi Çeçenistan səmasında Ukrayna dronu ilə toqquşub. AZAL-ın təyyarəsi Malayziya təyyarəsindən fərqli olaraq enə bildi və yalan keçmədi, təyyarədə dron deyil, raket izləri var idi.

Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib, adını da qoyublar guya “Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır”. Halbuki Vladimir Putinin, yumşaq desək, yanlış davranışı azərbaycanlı həmkarıyla 2022-ci ilin fevralında imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. İlham Əliyev Şuşa forumunda ukraynalı jurnalistin “Ukraynaya nə məsləhət görürsünüz” sualına konkret cavab verdi: “İşğalla barışmayın!” Dövlət başçısı bir neçə il əvvəl ona verilən oxşar suala eyni cavabı vermişdi. Təyyarə faciəsi yaşanmasaydı belə rəsmi Bakının mövqeyi eyni olacaqdı.

Azərbaycan üçün ərazi bütövlüyü həssas məsələdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri