Icma.az
close
up
RU
Bakının üzərində niyə PUA lar uçur?

Bakının üzərində niyə PUA lar uçur?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda səma üzərində eşidilən dron səsləri sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Rəsmi açıqlamalarda isə bunun ölkə sərhədləri daxilində həyata keçirilən pilotsuz uçuş aparatlarının planlı uçuşları ilə bağlı olduğu və paytaxtın hava məkanına nəzarətin gücləndirilməsi məqsədi daşıdığı bildirilib. Bu cür PUA uçuşlarının təhlükəsizlik və monitorinq baxımından hansı funksiyaları yerinə yetirdiyi maraq doğurur. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Bakı səmasında görünən pilotsuz uçuş aparatları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumat kifayət qədər aydındır. 
"Sadəcə burada bir nüans var, vətəndaşlarımız Azərbaycan hava məkanında, xüsusilə də gecə saatlarında pilotsuz uçuş aparatlarının görünməsinə çox öyrəşməyiblər. Halbuki bu, normal praktikadır. Azərbaycan ordusunda müxtəlif növ pilotsuz uçuş aparatları mövcuddur. Onların bəziləri gündüz, bəziləri isə gecə saatlarında istifadə olunur. Bu vasitələr həm kəşfiyyat məqsədilə, həm də hava məkanına nəzarət və təhlükəsizliyin təmin olunması üçün tətbiq edilir. Yəni bu, tamamilə normal prosesdir və insanlarımız belə hallara hazır olmalıdırlar".
Ekspert bildirib ki, digər tərəfdən, sosial şəbəkələrdə müxtəlif fərziyyələr səsləndirilir və bəzən insanlar dəqiq məlumat olmadan müxtəlif fikirlər yazırlar. 
"Halbuki hazırda Azərbaycanın cənub istiqamətində, yəni İran tərəfdə müəyyən gərginlik mövcuddur. Bakı ətrafında görünən pilotsuz uçuş aparatlarının isə şimal istiqamətində, paytaxtın kəndlərinə yaxın ərazilərdə müşahidə olunması təsadüfi deyil. Bu marşrutların və uçuş istiqamətlərinin səbəblərini pilotsuz uçuş aparatlarını idarə edən müvafiq rəhbər şəxslər və qurumlar bilirlər. Buna görə də narahatlığa əsas yoxdur. Hər şey nəzarət altındadır və bu texnikadan ilk dəfə istifadə edilmir. Pilotsuz uçuş aparatları həm əvvəlki hərbi təlimlərdə, həm də 44 günlük müharibə dövründə geniş şəkildə istifadə olunub".
Onun sözlərinə görə, ümumiyyətlə, risk anlayışı həyatın hər sahəsində mövcuddur. 
"Məsələn, insan evdən avtomobillə çıxarkən gün ərzində onu nəyin gözlədiyini əvvəlcədən bilmir. Lakin risklərin idarə olunması üçün müvafiq strukturlar fəaliyyət göstərir. Hərbi komandanlıq pilotsuz uçuş aparatlarının marşrutlarını və istifadə ediləcəyi əraziləri əvvəlcədən planlaşdırır və müvafiq qurumlarla razılaşdırır. Bu da ona görə edilir ki, həmin aparatların mülki təyyarələrə və ya hər hansı obyektlərə təhlükə yaratmasının qarşısı alınsın və onların hava məkanında təhlükəsiz istifadəsi təmin edilsin. Məncə, burada əsas çatışmazlıqlardan biri maarifləndirmənin kifayət qədər güclü olmamasıdır. İnsanlar bu məsələlərlə bağlı daha çox məlumatlandırılmalıdırlar. Bölgəmiz həssas regiondur və ölkəmizin sərhədlərinə yaxın ərazilərdə müxtəlif hərbi-siyasi proseslər baş verir. Buna görə də vətəndaşlar belə hallara hazır olmalıdırlar. Bəzən insanlar pilotsuz uçuş aparatlarını görəndə onları telefonla çəkməyə çalışırlar. Halbuki bunun heç bir faydası yoxdur. Belə hallarda daha diqqətli olmaq lazımdır. Ümumiyyətlə, sosial şəbəkə istifadəçiləri bu kimi məsələlərdə rəsmi məlumatlara əsaslanmalı və ilk növbədə rəsmi açıqlamaların verilməsini gözləməlidirlər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri