Bakının Yasamal rayonunun bir sıra ərazilərində qaz təchizatı dayandırılıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Yasamal rayonunun bəzi ərazilərinə qazın verilişi 10:00-dan dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təchizatın dayandırılması Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə bağlıdır.
Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq
08 Sentyabr 2025 09:29
Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı
05 Dekabr 2024 22:19
Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
05 Dekabr 2024 20:26
Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq
27 Noyabr 2024 08:10

