Bakının yeraltı xəritəsi tamamilə dəyişir 10 yeni stansiya harada olacaq?
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı metrosunda stansiyaların sayı sürətlə artır və paytaxtın nəqliyyat sistemində inqilabi dəyişikliklər gözlənilir.
Demokrat.az saytı xəbər verir ki, Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində anonsunu verdiyi 10 yeni metro stansiyasının dəqiq yerləşmə nöqtələri artıq məlumdur. Tikintisi nəzərdə tutulan bu stansiyalar paytaxtın əsas nəqliyyat qovşaqlarını birləşdirərək həm sərnişin sıxlığını azaldacaq, həm də şəhərin müxtəlif istiqamətlərinə çıxışı asanlaşdıracaq.
Perspektiv plana əsasən, əsas işlər "Bənövşəyi xətt" və "Yaşıl xətt" üzərində cəmləşib. Cari ildə istifadəyə verilməsi gözlənilən "B-4" stansiyası Cəlil Məmmədquluzadə küçəsində, Tbilisi prospekti və 1 saylı Klinik Tibbi Mərkəzin ("Semaşko") tam yaxınlığında yerləşəcək. "Bənövşəyi xətt"in davamı olaraq "Sahil" bağının altında "Sahil-2", Kövkəb xanım Səfəralıyeva küçəsi yaxınlığında "B-6 B", həmçinin "Xətai-2" və Babək prospekti ərazisində "Ağ şəhər" ("B-8") stansiyaları inşa ediləcək.
"Yaşıl xətt" üzrə isə "Həzi Aslanov-2" stansiyasından başlayaraq Xəzər TV-nin yaxınlığına ("Y-15"), 8 Noyabr prospektinə ("Y-14") və "Ağ şəhər"in digər hissələrinə doğru yeni dayanacaqlar zənciri yaradılacaq. Stansiyaların inşası ilə yanaşı, Binəqədi rayonunda "Dərnəgül" deposu tikilir ki, bu da qatarların texniki xidmətini sürətləndirəcək. Eyni zamanda, "28 May" stansiyasında xətlərin ayrılması üçün xüsusi şaxtaların və "İçərişəhər" stansiyasından sonra qatarların geri dönməsi üçün kameranın inşası nəzərdə tutulub.
Dövlət Proqramına əsasən, bu nəhəng infrastruktur layihəsinin 2030-cu ilə qədər tam yekunlaşması hədəflənir.
Yeni stansiyaların istifadəyə verilməsi paytaxt sakini üçün hər gün tıxaclarda itirilən vaxtın yarıbayarı azalması deməkdir. Xüsusilə "Ağ şəhər", 8 Noyabr prospekti və Tbilisi prospekti kimi sıxlıq olan ərazilərdə yaşayan və işləyən vətəndaşlar avtobuslardan asılılığı minimuma endirərək şəhərin bir ucundan digərinə daha sürətli, rahat və ucuz qiymətə çata biləcəklər. (Caliber)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Yeni infrastruktur xəritəsi: 10 yeni stansiya, iki depo...
05 Yanvar 2026 23:35
10 yeni stansiya harada tikiləcək? RƏSMİ CAVAB
07 Yanvar 2026 19:58
Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib
05 Yanvar 2026 23:46
Bakının Ramana qəsəbəsində yeraltı dünyadan FOTOREPORTAJ
05 Noyabr 2024 12:15
Baxış sayı:115
Bu xəbər 25 Yanvar 2026 07:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları