BakıQroznı təyyarəsinin qəza yerində xilasetmə işləri aparılır
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktauda qəza enişi etməsindən sonra hadisə yerində xilasetmə əməliyyatları davam edir.
Modern.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə yerinə 52 nəfərlik xilasetmə personalı və 11 xüsusi texnika cəlb olunub.
Hadisə yerinə çatan xilasetmə qrupları təyyarənin yanmasını müşahidə ediblər və dərhal yanğınsöndürmə əməliyyatlarına başlayıblar.
İlkin məlumata əsasən, hadisədə sağ qalanlar var. Hazırda zərərçəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir.
FHN-nin Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb
AZAAL-ın məlumatına görə, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















