Bakıxanovda tibbi və sosial aksiya keçirilib FOTOLAR
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi, sosial problemlərinin həlli təşəbbüsləri” layihəsi çərçivəsində xeyriyyə tədbiri təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, layihənin məqsədi Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin hüquqi, tibbi və sosial problemlərinin həllinə dəstək göstərmək, onların maarifləndirilməsi və sosial müdafiəsinə töhfə verməkdir.
01 avqust 2025-ci il tarixində Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 34 ünvanında keçirilən tədbirə bir qrup həkim və tibb personalı cəlb olunub. Lor həkimi Elşad Abasov, travmatoloq Nadir Rzayev, kardioloqlar Kazım Qaracayev və Nazim Qəribov, həkimlər Həcər Ravandi, Təbib İbrahimov, tibb işçisi Svetlana İsmayılova və digərləri könüllü olaraq aksiyada iştirak ediblər.
Bir gün ərzində 40-dan çox tənha, əlilliyi olan, qoca və kimsəsiz şəxs tibbi müayinədən keçirilib. Həkimlər pasiyentlərin şikayətlərini dinləyib, müayinə aparıb, məsləhətlər verib, bəzilərinə resept yazıblar. Vəziyyəti daha ciddi olan şəxslərə klinikaya müraciət etmələri tövsiyə olunub və onlara əlavə dəstək göstəriləcəyi bildirilib.
Təşkilatın nümayəndələri qeyd ediblər ki, belə tədbirlər həssas qruplara həm maddi, həm də mənəvi dəstəkdir:
“Əlilliyi olan, tənha, qoca və kimsəsiz insanların evlərində tibbi müayinədən keçməsi onların unudulmadıqlarını hiss etməsinə səbəb olur. Layihənin cəmiyyətə vermək istədiyi mesaj budur – Gəlin belə insanları sevindirək”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















