Bakıxanovun doğulduğu ev uça bilər: Divarların çatlamasının səsini eşidirik
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın ilk tarixçisi, şairi, yazıçısı, görkəmli alimi və maarifçilərindən olan Abbasqulu ağa Bakıxanovun evi qəzalı vəziyyətdədir.
Bu barədə News24.az-a Abbasqulu ağa Bakıxanovun kötükcəsi Elmira Mirzəyeva məlumat verib.
“Ev qəzalı vəziyyətdədir. Uçmaq təhlükəsi var. Evin altında yerləşən ovdanda uçan daşların bəzilərini taxta dayaqların köməyi ilə saxlamışıq. Divarlardakı çatlar göz qabağındadır. Gecələr isə divarların çatlamasının səsini aydın eşidirik. Həmçinin evin divarı ilə döşəməsi bir-birindən ayrılıb. Özümüz əlimizdən gəldiyi qədər bərpa etməyə çalışmışıq. Amma buranın əsaslı təmirə ehtiyacı var. Əlaqədar qurumlardan bizə kömək etməklərini xahiş edirik”.
Əməkdaşımız sözügedən evin qəzalı görüntülərini çəkib.
Qeyd edək ki, Abbasqulu ağa Bakıxovun 1794-cü ildə Əmircan qəsəbəsində bu evdə dünyaya göz açıb.
Fotolar: Teymur Məmmədov















































Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















