Bakıya böhtan atan kanadalı jurnalist Türkiyədən qovuldu
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
Türkiyə Azərbaycana qarşı tənqidi məqalələrlə tanınan kanadalı jurnalist Neil Havyerin ölkəyə girişini qadağan edib,
Adalet.az xəbər verir ki, məlumatı N. Havyer X səhifəsində paylaşıb . Beləki, ötən gün İrəvandan İstanbulun Sabiha Gökçen hava limanına “turist səfəri məqsədi ilə” uçduğunu açıqlayan jurnalist pasport yoxlaması zamanı onun “qara siyahı”da olduğu bildirilib. Jurnalist 16 saat saxlanılıb və geri deportasiya edilib.
“Mən Türkiyəyə giriş qadağasına qarşı apellyasiya şikayəti verəcəm, çünki bu, əsassızdır. Mən heç bir cinayət törətməmişəm. Mən bunun üçün bütün imkanları araşdıracağam və Kanada səfirliyindən aldığım dəstəyə əlavə olaraq hər kəsin təklif edə biləcəyi hər hansı dəstəyi və ya təklifi alqışlayacağam”, - kanadalı jurnalist statusunda yazıb.
Amma jurnalist öz günahını da gizlətməyib. Jurnalist ehtimal edib ki, qadağa onun “Azərbaycanı tənqid etməsi və Qarabağda baş verən hadisələrlə bağlı nəşrləri” ilə bağlı ola bilər ki, burada o, erməni tərəfini fəal dəstəkləyib.
Qeyd edək ki, sosial şəbəkədə deportasiyası haqqında məlumat dərc etməzdən cəmi 2 saat əvvəl Neil Havyer COP29-un Azərbaycanda keçirilməsini tənqid edərək, ölkəni qondarma artsaxda etnik təmizləmə aparmaqda ittiham edib.
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















