Icma.az
close
up
RU
Bakıya dost ölkə türk kimliyindən imtina edir? Gözlənilməz bəyanat

Bakıya dost ölkə türk kimliyindən imtina edir? Gözlənilməz bəyanat

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orbanın son açıqlamaları diqqət çəkib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin təklif versə belə, Macarıstan Ukraynanın tərkibindəki Zakarpatyanı almağa razı olmaz. Orban həmçinin ABŞ Prezidenti Donald Trampın Avropanı Qərb və Rusiya təsir dairələrinə bölməsi ehtimalına münasibət bildirərək, Macarıstanın hansı tərəfdə yer alacağına aydınlıq gətirib. O, Macarıstanın etnik mənşəyinin şərqə söykənməsinə baxmayaraq, mədəni-siyasi baxımdan Qərb sivilizasiyasının parçası olduğunu xüsusi qeyd edib. Bu açıqlama Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan Macarıstanın milli kimlik təqdimatı ilə bağlı suallar doğurub.

Macarıstan Türk dünyasından uzaqlaşırmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Viktor Orbanın hakimiyyəti dövründə ölkəsinin Türk dünyası ilə əlaqələri kifayət qədər inkişaf edib:

“Macarıstan hətta Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü kimi də qəbul edildi. Ümumiyyətlə, son 10–15 ildə bu ölkədə Türk dünyasına maraq ciddi şəkildə artıb. Macarıstanda fəaliyyət göstərən bir sıra milliyyətçi partiyalar etnik kökən məsələsini qabardaraq macarların türk mənşəli olduğunu vurğulayırlar.


Oqtay Qasımov

Əslində, bu, belədir. O ki qaldı Orbanın fikirlərinə, Ukraynanın qərbində macarlardan ibarət etnik azlıq yaşayır. Kiyev ilə Budapeşt arasında gərginliyin səbəblərindən biri də məhz budur. Ukrayna tərəfi Macarıstanı etnik macarları qızışdırmaqda ittiham edir. Budapeşt isə Kiyevi bu ölkədə yaşayan macarların hüquqlarını təmin etməməkdə günahlandırır.

Macarlar etnik və genetik baxımdan şərq mənşəli xalqdır. Qərbi Hun imperatoru Attilanı dövründən bu regionda yaşayırlar. Təxminən 1700 ildir ki, macarlar Avropada, Qərb sivilizasiyasındadırlar. Bu mənada, Orbanın fikirləri anlaşılandır. Amma bu fikirlərin Macarıstanın türk dünyasından uzaqlaşması mənasına gəldiyini düşünmürəm. Orban sadəcə öz düşüncələrini dilə gətirib. Macarıstan sonrakı müddətdə TDT ilə münasibətləri gerilədə bilər, amma bu, bütün əlaqəni kəsəcəyi mənasına gəlmir.”

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri