Icma.az
close
up
RU
Bakıya gələn turistlərə təlimatlar verilməlidirmi? Ruslan Quliyev şərh edir

Bakıya gələn turistlərə təlimatlar verilməlidirmi? Ruslan Quliyev şərh edir

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Şəhidlər Xiyabanında şəhid məzarlarına qarşı qeyri-etik davranışlar sərgiləyən turistlər artıq saxlanılıb və barələrində cinayət işi açılıb.

Gununsesi.info xəbər verir ki, geniş rezoransa səbəb olan görüntülər bir sıra suallar da yaradıb.

Ümumiyyətlə, Bakıya gələn turistlərə turizm şirkətləri, turoperatorlar, ümumən tur rəhbərləri tərəfindən məlumatlar verilirmi?

Daha dəqiq, onlara ziyarət elədikləri məkanların əhəmiyyəti deyilirmi?

Proses necə olmalıdır?

Bu barədə Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İB-nin İdarə Heyətinin sədri Ruslan Quliyev saytımıza açıqlama verib. 

O, deyib:

“Bu, təxribat xarakterli də ola bilir. Əslində, onların da arasında normal turistlər var. Bir neçə il əvvəl bundan əvvəl başqa bir ərəb bloger də haqqımızda uyğunsuz sözlər yazmışdı. Ərəb bazarı ümumən qeyri-stabil bazardır. Onlar əvvəlcə bir yerə intensiv gəlirlər, ancaq sonra ayaqları kəsilir, üz tuturlar başqa yerlərə. Hər halda araşdırılır, bir qədər sonra məsələ tam aydın olacaq. Hərə görək qarşı tərəfdən münasibət necə olacaq, hansı şərhləri verəcəklər? Digər bir məsələ isə, əlbəttə, düşünürəm ki, xüsusi yerlər var: həm ziyarətgahlar, elə o cümlədən Şəhidlər Xiyabanı. Bu cür xüsusi ehtiram duyulan məkanlar barəsində bələdçilər, turizm şirkətləri təlimatlar verməlidir. Bəzən görürsən ki, Dağüstü parkda turistlər şortiklə gəzir, bu, başadüşülən ola bilər. Ancaq ziyarətgahlara, Şəhidlər Xiyabanına o qiyafətdə girə bilməzlər. Hələ qeyri-etik hərəkətləri bir qırağa qoyuram. Başqa ölkələrdə kimsə Kilsəyə, Sinaqoqa açıq paltarda gedirmi? Xeyr. Məlumat əvvəlcədən mütləq şəkildə verilməlidir. Ümumiyyətlə, hər kəs individual olaraq işini düzgün aparmağı bacarmalıdır. Məsələn, ən birici turisti hava limanında qarşılayan şəxsin simasında, nitqində, danışığında o ölkəni kəşf etməyə başlayırlar. Geyimindən tutmuş özlərini aparmaq qaydalarına qədər. Baxaq görək bu adamlar özlərini başqa ölkələrdə belə aparırmı? Deməli, hansısa formada bizim də burada mənəvi məsuliyyətimiz olmalıdır. Nümunəvi xidmət üçün keçirilən təlimlərdə də bu məsələlər qabardılmalıdır”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri