Icma.az
close
up
RU
Bakıya gəlmək bahalaşır: Bu ərazidə qiymətlər 2 qat artdı

Bakıya gəlmək bahalaşır: Bu ərazidə qiymətlər 2 qat artdı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Əmlak bahalaşması bütün dünyada baş verən bir prosesdir və bu tendensiya özünü Azərbaycanda da göstərir. Bahalaşmanın qlobal səbəbləri mövcuddur. Birincisi, qlobal inflyasiya və iqtisadi proseslər, dünya dövlətlərinin iqtisadi gücünün artması, büdcələrin böyüməsi, qlobal inflyasiyanın milli valyutaya təsiri və bundan əlavə demoqrafik dəyişikliklərdir”. 

Bu sözləri Ölkə.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib:

“Demoqrafik dəyişiklik əhalinin sayının artımı nəzərdə tutulur. Əhalinin sayı artdıqca torpaq sahəsi azalır və torpaq sahələrinin təbii surətdə bahalaşması prosesi gedir. Bundan əlavə, urbanizasiya. Urbanizasiya dedikdə biz nəyi nəzərdə tuturuq? Bilirsiniz ki, əhalinin böyük bir əksəriyyəti Bakıya doğru can atır. Bakıda münbit iqtisadi fəaliyyət və yaşayış şərtləri olduğuna görə iş tapmaq imkanları bölgələrdən daha çox olduğu üçün əhali mərkəzə doğru yönəlir. Bu da Bakı və Bakı ətrafı daşınmaz əmlak növlərinin qiymətlərinin artmasına səbəb olur. Bütün bunlar qlobal artım və o cümlədən qlobal artımın yerli və milli səviyyədə özünü göstərməsi ilə əlaqədardır. 

Sosial addımlar nəticəsində qiymətin bahalaşması da var. Bildiyiniz kimi, MİDA və İpoteka və Kredit Zəmanəti fondu əhalinin müəssisələrinin daha asan yolla mənzil əldə etməsi və kreditlə mənzil sahibi olması üçün müvafiq kredit ayırmaları həyata keçirdir. Bu proses daşınmaz əmlak bazarını müəyyən qədər aktivləşdirir. 

İkincisi, Bakı şəhəri 2040 baş planına əsasən bir çox yerlərdə yararsız və zədəli binalar sökülür. Onların yerində və yaxud da başqa sahələrdə yeni binalar tikilir. Təbii ki, bu da daşınmaz əmlak bazarını aktivləşdirən tendensiyalardan biridir və bunun müqabilində vətəndaşlar kompensasiya əldə edir. Kirayə mənzil axtarışına başlayırlar və bu da qiyməti artırır”. 

V.Oruc qeyd edib ki, əmlak bahalaşmasının başqa bir səbəbi isə ölkə kənarından gələn yatırımlardır:

“Bizim çoxlu sayda soydaşlarımız xaricdədir və onlar öz xaricdə əldə etdiyi kapitalı ölkəmizə yatırırlar. Çünki 30 ildən artıq işğal altında olan ərazilərimiz azad olunduqdan sonra investisiya təhlükəsizliyi daha yüksək səviyyədə qorunur və təbii ki, bu da həm yerli, həm xarici investorların ölkəmizə axınına səbəb olur. Nəticədə bu da daşınmaz əmlakın qiymətlərinin artmasının səbəblərindən biri kimi çıxış edir. 

Hövsanda MİDA təqribən 2950 mənzili əhatə edən 60 bina inşa edib və bu binalarda təqribən 10 mindən çox vətəndaşımız yaşayır. Bu da təbii ki,  Hövsanda iqtisadi münasibətlərin inkişafı baxımından olduqca vacibdir və daşınmaz əmlakın qiymətlərinə təsir göstərir. Eyni zamanda “Hovsan City” layihəsi var ki, çox möhtəşəm layihədir və 2 milyon kvadratlıq bir tikintini əhatə edəcək. Beynəlxalq xarici şirkətlərin hövsana cəlb olunması istiqamətində müvafiq addımlar atılacaq. Bu da qiymətlərin həmin ərazidə yaxın müddətdə artmasına səbəb olacaq. Həm də tikintinin bu qədər böyük ərazini əhatə etməsi torpaq qiymətlərinin də artmasına səbəb ola bilər. 

Bundan əlavə onu da deyim ki, son illərdə Hövsanda torpağın qiyməti təqribən 50 faiz artıb. Hələ bundan sonra da yaxın bir neçə ildə bu artımın eyni sürətlə, tendensiya ilə davam etməsinin şahidi olacağıq. 

2015-2016-cı illərdə bir kvadratmetr 700-800 manat idisə, indi artıq Hövsanda qiymətlər 70-80 faiz artıma uğrayıb. Burada mənzillərdən söhbət gedir. O cümlədən qeyri-yaşayış obyektlərinin qiymətində müvafiq artım mövcuddur. Bu tendensiya bütün respublikada olan tendensiyadır və qiymət artımı Hövsana da müvafiq təsir göstərib".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see163

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see161

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri