Bakıya ilk nikaraqualılar gəldi
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar.
Futbolpress.az xəbər verir ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır.
Oktyabrın 19-da festivalda iştirak edəcək Nikaraqua milli komandası Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bununla da turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.
Oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək turnirin yüksək standartlara uyğun təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.
Baxış sayı:49
Bu xəbər 20 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















