Icma.az
close
up
RU
Bakıya istirahətə gəlmişdi, estetik əməliyyatdan sonra öldü Video

Bakıya istirahətə gəlmişdi, estetik əməliyyatdan sonra öldü Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Rusiya vətəndaşı olan qadın Bakıda özəl klinikaların birində abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.

Hadisənin iyunun 11-i “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan əməliyyat nəticəsində baş verdiyi bildirilib. Vəfat edən 37 yaşlı Arzu Sadıqovanın ailəsi onun ölümündə həkimi günahlandırıb.

Mərhumun anasının iddialarına görə, övladının liposaksiya əməliyyatı etdirmək niyyəti olmayıb: “Onu bu əməliyyata cərrah Nigar Məmmədova təhrik edib. Eyni zamanda bu həkim qızımı prosesə hazırlıqsız götürüb”.

A.Sadıqovanın dayısı isə bildirib ki, mərhum Rusiya vətəndaşı olub, anası ilə Bakıya istirahətə gəlibmiş.

Məsələ ilə bağlı həkim Nigar Məmmədova isə bildirib ki, Arzu Sadıqova üzərində həyata keçirilən “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominoplastika” əməliyatından sonra pasiyentdə tibbdə tanınan ağırlaşma - emboliya halı müşahidə olunub: “Bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat müvafiq tibbi protokollara uyğun şəkildə icra edilib. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən olunacaq”.

Sözügedən klinikadan isə qeyd olunub ki, ekspertiza rəyi açıqlandıqdan sonra məlumat veriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılır. Araşdırmanın gedişinə uyğun olaraq cinayət işinin açılıb-açılmaması barəsində qərar qəbul ediləcək.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Anews.az yayıb.

Daha ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri