Bakıya küçələri təmizləmək üçün yeni qurğu gətirildi VİDEO YENİLƏNİB
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
"Yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək".
Bu barədə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən (MKTD) bildirilib.
Qeyd olunub ki, ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib:
"Kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib. Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub".
(oxu.az)
***
11:18
Bakıda küçələrin təmizliyində istifadə məqsədilə yeni texnikalar gətirilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Yeni texnikalar şəhərin Azadlıq prospekti, 160 nömrəli Klassik Gimnaziyanın qarşısında görülüb.
Texnikalardan istifadə görüntüsünü təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















